Səmada hovuz - FOTO
Bizi izləyin

Bilgi.az

Səmada hovuz - FOTO

Londonda dünyada ilk dəfə olaraq səmada-binalar üzərində hovuz tikiləcək.

AZƏRTAC "Arxinovosti" saytına istinadla xəbər verir ki, "HAL architects" memarlıq studiyasının layihəsi ilə hazırlanan hovuzun uzunluğu 27 metr, dibi isə şüşədən olacaq. Hovuz iki binanı sanki bir-birinə birləşdirəcək. Binalar arasındakı məsafəni üzməklə də qət etmək mümkün olacaq.

"HAL architects" studiyası möhkəm konstruksiya istehsalı və qeyri-adi mühəndis həlləri ilə tanınır. Bina damlarının üstündə idman zalı və bar fəaliyyət göstərəcək.

Hovuzun tikintisinə 2015-ci ilin sonunda başlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm