Putinlə Medvedev barbekü bişirdilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Putinlə Medvedev barbekü bişirdilər - FOTOLAR

Rusiya prezidenti Vladimir Putinlə baş nazir Dmitri Medvedev bazar gününün səhəri birgə məşq edib, həmçinin birlikdə səhər yeməyi yeyiblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı və hökumət bşçısı bazar səhərini Soçidəki iqamətgahın idman zalında açıblar. Onlar əvvəlcə isinmə hərəkətləri ediblər, bundan sonra trenajorda ağır güc tələb edən məşqlər ediblər. Məşqdən sonra Putin və Medvedev açıq havada səhər yeməyi yeyiblər. Maraqlısı odur ki, prezidentlə baş nazir səhər yeməyini özləri hazırlayıblar. Onlar ət qızardıb barbekü hazırlayıblar. Səhər yeməyindən sonra Putin və Medvedev çay süfərsi arxasında aktual məsələləri müzakirə ediblər. Yeri gəlmişkən qeyd edək ki, Vladimir Putin idmana böyük sevgisi ilə tanınır. Belə ki, Rusiyanın dövlət başçısı cüdo və sambo üzrə idman ustasıdır. Bundan başqa, Putin xokkey oynayır.

İyulda Hindistanın baş naziri Narendroy Modi ilə görüşdə isə Rusiya lideri idman daxilində yoqa ilə də məşğul olmağa söz verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm