• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Doğulduğun ay ürəyinə necə təsir edir?

  • Maraqlı
  • 31 Avqust 2015 15:15
  • 973 Baxış
Doğulduğun ay ürəyinə necə təsir edir?

Kolumbiya Universitetinin alimləri insanın doğulduğu ayla xəstəlik kodu arasında əlaqə olduğu ilə bağlı araşdırma aparıblar. Araşdırma nəticəsində ümumilikdə 55 xəstəliyin doğum ayı ilə bağlı olduğu bildirilib.

Publika.az xəbər verir ki, açıqlanan son statistikaya görə, ölümün 40 faizi ürək xəstəliklərindən qaynaqlanır. Professor Əli Mətn Esen aparılan son elmi araşdırmalar nəticəsində ürək xəstəlikləri və xroniki xəstəliklərin böyük bir qisminin doğulduğumuz ayla əlaqəli olduğunu açıqlayıb. Onun sözlərinə görə, ürək xəstəlikləri üçün ən problemsiz aylar sentyabr, oktyabr, may, iyun aylarıdır. Ən riskli aylar isə yanvar, mart və apreldir.

Yanvar və aprel aylarında anadan olanlar daha çox risk daşıyır

Türkiyəli kardioloq bildirib ki, sentyabr-dekabr ayları arasında anadan olanlar ürək damar xəstəliklərinə qarşı müqavimətli olurlar, yanvar-aprel ayları arasında anadan olanlar isə əksinə, bu xəstəliyə daha meyilli olublar. O, "Buna səbəb ananın yanvar və mart ayları arasında keçirdiyi infeksiyalardır. Məsələn, 1918 H1N1 adı verilən qrip virusu ilə dünyaya gələn uşaqlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkirlər"- deyib.

Sağlam qidalanma və idman uzun həyatın sirridir

Kardioloq ürək çatışmazlığının ən çox mart ayında anadan olanlarda, yüksək təzyiq probleminin isə ən çox iyun ayında anadan olanlarda rast gəlindiyini ifadə edib.

Türkiyəli mütəxəssis sonda onu da bildirib ki, mövcud riskləri minimuma endirmək əslində, hər bir insanın öz əlindədir. Bunun üçün sağlam qidalanmaq və mütəmadi idman etmək lazımdır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR