Facebook-a görə bəlaya düşən axmaqlar
Bizi izləyin

Bilgi.az

Facebook-a görə bəlaya düşən axmaqlar

Quş dimdiyindən, insan isə dilindən bəlaya düşür. "Facebook" ünsiyyət üçün əla fürsətdir. Lakin sosial şəbəkənin ziyanları da az deyil. Bəzi səfehlər, ələlxüsus, qanunları pozan şəxslər yaxalarını məhz "Facebook" vasitəsi ilə ələ verirlər.

Publika.az "Facebook"-un bəlasına düşən və dilini dinc saxlamayan bir neçə axmağı təqdim edir:

İtaliyada axtarışda olan quldur dəstəsinin başçısı Paskvale Manfredi "Facebook"-dakı vərdişi ələ verib. Dəstə başçısı sosial şəbəkədə status yazarkən polis onun ünvanını aydınlaşdırıb. Beləcə, Manfredi mənzilində yaxalayıblar.

"Virgin Atlantic" hava şirkəti düz 13 nəfər əməkdaşını işdən çıxarıb. İş ondadır ki, hava şirkətinin əməkdaşları sosial şəbəkədə təyyarənin təhlükəsizliyi barədə zarafatlar edib və pilotun kabinəsində tarakanların olduğunu yazıblar.

Hamı kimi, Maksi Solo da dəniz istirahətini çox sevir. Sietl sakini sosial şəbəkədə yoldaşlarına ismarıc göndərərək bankı 200 min dollar aldatmaqla Meksikada dincəlməyə getdiyini yazıb. O, tezliklə ələ keçirilərək ABŞ-a ekstradisiya edilib.

Conatan Parker şəxsi evlərin birindən 2 ədəd brilyant üzük oğurlayıb. Evi tərk etməyə hazırlaşan Conatan xəbər lentini izləmək üçün "Facebook"-a girmək qərarına gəlib. Ən pisi isə odur ki, Conatan "Facebook" hesabına qarət etdiyi ev sahibinin kompüterindən daxil olub. Üzüyü oğurlanan ev sahibi kompüterində başqa bir adamın hesab nömrəsini görərək bu haqda polisə xəbər verib. Conatan ağılsızlığı ucbatından tezliklə ələ keçirilib.

Restoranların birində ofisiant işləyən Eşli Conson da öz dilinin bəlasına düşüb. Conson gecə saat 3-ə kimi restoranda oturan və 5 dollar belə çaypulu verməyən müştəriləri tənqid edib. Consonun tənqidləri onun işdən qovulması ilə nəticələnib.

Sığorta şirkətinin əməkdaşı "Facebook"-dakı xəbər lentini yatağında oxuduğu üçün işdən azad edilib. İş ondadır ki, qadın evdə işləyə bilmədiyini və qaranlıq otaqda uzanmalı olduğunu deyərək işə getməyib. O, "Facebook"-dakı aktiv fəaliyyətinə görə deyil, etibardan sui-istifadə etdiyi üçün işsiz qalıb.

Sığorta şirkətləri fırıldağın üstünü açmaq üçün "Facebook"-dan istifadə edir. Kanadalı Natali Blanşar səhlənkarlığı ucbatından sığortasından məhrum olub. Belə ki, qadın bülleten götürərək güclü depressiyadan əziyyət çəkdiyini iddia edib. Lakin onun sosial şəbəkədə yerləşdirdiyi xoşbəxt vəziyyətdə dənizdə çəkilmiş fotosu hər şeyin üstünü açıb. Bir foto ilə onun yalanı aşkar edilib.

Sinqapurda ev qulluqçusunun törətdiyi cinayət də elə "Facebook"-un köməkliyi ilə aşkar edilib. Əcnəbi qadın çalışdığı evdən 6300 dollar dəyərində zinət əşyası oğurlayıb. Həmin zinət əşyaları ilə şəkil çəkdirən qulluqçu tezliklə həbs edilib. Bu qədər də səfehlik olar?

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm