Bilgi.az
“Evli cütlüklər ayrı yataqlarda yatmalıdırlar”
Alimlərin apardıqları araşdırmaların nəticələri bizi təəccübləndirməyə davam edir.
Publika.az xəbər verir ki, Pittsburq Universitetinin psixoloqu Uendi Trokselin rəhbərlik etdiyi araşdırma ayrı yataqlarda yatan evli cütlüklərin daha xoşbəxt olduğunu ortaya çıxarıb.
Araşdırmanın nəticələri göstərir ki, bəzi cütlüklər birlikdə yatdıqda keyfiyyətli yuxudan məhrum olurlar. Tərəflərdən birinin yuxuda ikən əl-qol hərəkətləri etməsi, xoruldaması və ya sayıqlaması digərinin yuxu keyfiyyətinə pis təsir edir.
U.Troksel bildirir ki, mütəmadi olaraq narahat yatmağa və keyfiyyətsiz yuxuya məcbur qalan insanlar gün ərzində daha stresli, əsəbi və dözümsüz olurlar. Bu da cütlüklərin münasibətlərinə öz mənfi təsirini göstərir.
Bu mövzuda aparılan sorğular da araşdırmanın nəticələri ilə üst-üstə düşüb. Sorğuda iştirak edən 100 evli cütlükdən ayrı yataqlarda yatanlar daha xoşbəxt olduqlarını ifadə ediblər.
"Evli cütlüklər ayrı yataqlarda yatmalıdırlar. Belə cütlüklərin münasibətləri daha uzunömürlü olur",- deyə qeyd edən U. Troksvel bu mövzuda araşdırmalarına davam edəcəyini açıqlayıb.
Ləman Sultan
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı