Bunkeri alıb imarətə çevirdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bunkeri alıb imarətə çevirdi – FOTOLAR

İngilis Elizabet Stratton İkinci Dünya Müharibəsi zamanı – 1942-ci ildə İngiltərədə faşistlərin bombardmançı təyyarələrindən xilas olmaq üçün yerin altında inşa edilən bunkeri satın alaraq onu çox gözəl mənzilə çevirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, qəzetlərdən birində bununla bağlı elanı gördükdə dərhal həmin bunkeri almaq, yeraltı sığınacaqda yeni həyata başlamaq qərarını verib.

Müharibə illərində ingilislər üçün etibarlı sığınacağa çevrilən bunker sonralar hər hansı hərbi münaqişə zamanı istifadə edilmək məqsədilə Müdafiə Nazirliyinin balansına verilib. Lakin illər keçdikcə və silahlar müasir dövrə uyğunlaşdırıldıqca tədricən köhnələn bunker öz əhəmiyyətini itirib. Bu səbəbdən də onun içindəki qiymətli avadanlıqlar daşınıb və sığınacağın içi boşaldılıb.

Bir neçə il sonra isə yerli mətbuatda bunkerin satışa çıxarılması haqda yazı dərc olunub. Bununla bağlı elanla tanış olan Elizabet Stratton bunkerə yeni, gözəl həyat bəxş etmək qərarına gəlib.

Bunker əhatə etdiyi yerüstü sahə ilə birlikdə 200 min dollara satışa çıxarılıb. Yeraltı sığınacağın içini öz zövqünə uyğun bəzəyən və bəzi dəyişikliklər edən Elizabet onun görkəmini tamamilə dəyişib. Havalandırma sistemini, su təchizatını və kanalizasiyanı tamamilə yeniləyən Elizabet burada çox gözəl görkəmə malik otaqlar yaradıb. Yerin altında yerləşən otaqlar təbii ki pəncərələrdən məhrumdur.

Əsaslı təmir işlərinin aparıldığı bunkeri indi tanımaq mümkün deyil. Müasir mənzilə çevrilən, üç yataq, iki vanna otağından, mətbəxdən və böyük qonaq otağından ibarət yeni mənzil onu görənləri heyran edir.

Bu cür gözəl nəticə Elizabetin gözlədiyi kimi olub. Özünün dediyinə görə, onuncun burdan rahat yer yoxdur: "Bu, tamamilə yeni dünyadır. Bunkeri təmir edəndə ehtiyat edirdim ki, heç nə ürəyimcə olmayacaq. Lakin indi yer üzündə mənimçün ən gözəl yer buradır – öz evimdir".

Elizabetin yeni görkəm bəxş etdiyi bunker indi müharibə veteranları tərəfindən ziyarət edilir. Bu ev onlar üçün keçmişin əyani xatirəsidir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm