Bilgi.az
Göydələndə meyvə və tərəvəzlər yetişdiriləcək
Almaniya memarları Aqneşka Praybiş və Piter Sandxaus birgə hazırladıqları "Green 8" göydələninin layihəsini Berlinin şərq hissəsində həyata keçirməyi planlaşdırırlar.
AZƏRTAC "Arxinovosti" saytına istinadla xəbər verir ki, memarlar binaya "şaquli ev-bağ" şərti adını veriblər. Layihə müəllifləri həm də iddia edirlər ki, bununla onlar əhalinin mənzil problemini həll etməklə yanaşı, təbiətlə yaxından təmaslarına da şərait yaratmış olurlar. Göydələn formaca 8 rəqəmini xatırladır. Binanın daxilində gül, meyvə və tərəvəzlərin yetişdirilməsi üçün bağça və parniklərin salınması planlaşdırılır.
Bundan əlavə, bina sakinlərinin sağlamlığı məqsədilə idman zalı və hovuz da inşa olunacaq.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər