Ancelina Coli, Uinston Çerçil, Elton Con, Mel Qibson, Diana, Mayk Taysonla bağlı maraqlı faktlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ancelina Coli, Uinston Çerçil, Elton Con, Mel Qibson, Diana, Mayk Taysonla bağlı maraqlı faktlar – FOTOLAR

Dünyanın bir sıra məşhur ictimai, siyasi, mədəniyyət, incəsənət, idman xadimləri ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adlarını tarixə yazmış şəxslərin, habelə dünya incəsənətinin, mədəniyyətinin inkişafında mühüm rolu olmuş tanınmışların müxtəlif psixi xəstəliklərdən əziyyət çəkdikləri, müalicə olunduqları aşkarlanıb.

ABŞ tarixinə bu ölkəni rüsvay edən quldarlığı məhv etmiş prezident kimi düşmüş Abram Linkoln indi kliniki depressiya adlandırılan ruhi pozğunluqdan əziyyət çəkib. Heç kimlə ünsiyyətdə olmayan gələcək prezident özünə qapanaraq, gününü evində keçirirmiş.

Böyük Britaniyanın məşhur ictimai-siyasi xadimi, Nobel mükafatı laureatı Uinston Çerçil ağır depressiyaya düşüb. O, hələ gəncliyi dövründə 2 dəfə 3 illik depressiyaya düşüb. Leninin "Sovet Rusiyasının ən böyük qənimi" adlandırdığı bu dahi hətta özünə qəsd etmək fikrinə də düşübmüş.

Şahzadə Diana əsəb xəstəliyindən əziyyət çəkdiyinə görə, tez-tez hirslənirmiş. Bu, onun həyatının son günlərində də özünü büruzə verirmiş.

Məşhur "Apokalipsis" filminin rejissoru, "Cəsur ürək" filminin və digər ekran əsərlərinin qəhrəmanı Mel Qibson elə indi də depressiv psixozadan əziyyət çəkir. Yaxınları gündüzlər hər kəslə gülərüz davranan aktyor-rejissorun bəzən tamamilə dəyişdiyini qeyd edirlər.

Aktrisa Ancelina Coli də depressiyadan sığortalanmayanlar sırasındadır. Uşaq yaşlarında valideynlərinin ayrılmasından depressiyaya düşən aktrisanın hətta gənc yaşlarında da bu xəstəlikdən əziyyət çəkdiyi deyilir. Onun hətta bir zamanlar narkotikdən istifadə etdiyi də iddia olunur.

Müğənni Britni Spirsin başını ülgüclə qırxmasını xatırlamamış olmazsınız. Bundan sonra isə özünə qəsd etmək istədi. Reabilitasiya mərkəzinin işçilərinin sözlərinə görə, aktrisanı bu vəziyyətdən çıxarmaq üçün ona xüsusi dərmanlar veriblər.

Depressiya məşhur boksçu Mayk Taysonun uşaqlıq illərində onu yaxalayıb. Bundan yaxa qurtarmaq üçün tez-tez spirtli içkilər qəbul etmiş gələcəyin idmançısı özü etiraf edirmiş ki, intihar depressiyadan xilas olmağın ən yaxşı yoludur.

Tanınmış müğənni və pianoçu Elton Conun da adı keçmişin dəliləri siyahısındadır. Elton Conu bu siyahının ən ağır xəstəsi adlandırmaq olar. O, müxtəlif cür psixi xəstəliklərdən əziyyət çəkirmiş. Xoşbəxtlikdən, reabilitasiya mərkəzindəki müalicə onun səhhətinin yaxşılaşmasına kömək edib.

Ketrin Zeta-Cons maniakal depressiv psixozun yüngül formasından əziyyət çəkib. Qadına bu xəstəlikdən xilas olmasına əri, dünya şöhrətli aktyor Maykl Duqlas da kömək edib.

Tanınmış aktyor və prodüser Con Xem isə xroniki depressiya xəstəsi kimi qeydiyyata düşüb.

Amerikanın professional basketbolunun təmsilçisi Roys Uayt uşaq yaşlarında özünə qapılır, heç nədən narahatlıq hiss etdiyini deyirmiş. Hər gün xüsusi dərmanlar qəbul edən idmançı indi özünü normal hiss edir.

Dünya idman tarixinə 18 qat olimpiya çempionu, 50 metr məsafəyə üzmək üzrə 26 dəfə dünya çempionu kimi düşmüş Maykl Felps indi də psixi xəstəlikdən əziyyət çəkir. O, buna görə bir neçə kurs müalicə də alıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm