Ərəb şeyxinin qızı üçün 75 milyon dollarlıq tort – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ərəb şeyxinin qızı üçün 75 milyon dollarlıq tort – FOTOLAR

Ərəb şeyxlərindən biri sevimli qızının doğum günü münasibətilə tort sifariş etmək fikrinə düşüb. Əlbəttə ki, var-dövləti başından aşan şeyx bizim kimi adi "Nağıl" tortu ilə kifayətlənə bilməzdi.

Milyarder tort sifarişi üçün Britaniyanın tanınmış dizayneri Debbi Vinqhemə müraciət edib.

Yaxşı müştəri tapmasına sevinən dizayner özünə "əl qatıb" və 1,8 metrlik tortdan əsl sənət əsəri yaradıb. Tortun içinə qızıl və brilyant daşlar da əlavə edilib.

Tort şeyxə 75 milyon dollara başa gəlib.

Publika.az həmin tortun fotoların təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm