Onu dodaqlarından tanı!
Bizi izləyin

Bilgi.az

Onu dodaqlarından tanı!

Heç dodaqların insanın xarakterini açan açar olduğu ağlınıza gəlibmi?

Alimlər bildirirlər ki, dodaqların forması insanın xarakterindən xəbər verir. Bir sözlə, qarşınızdakı insanı tanımaq istəyirsinizsə, onun dodaqlarının formasına baxmağınız kifayətdir. Bununla da həmin insanla münasibətlərinizi hansı müstəvidə quracağınıza qərar verə bilərsiniz.

Publika.az dodaqların formasına görə xarakter xüsusiyyətlərini təqdim edir:

1. Xəfif şəkildə aralı duran dodaqlara sahib olanlar həyatı axarına buraxan, qərar verməkdə çətinlik çəkən insanlardır.

2. Dodaqları kip bağlananlar isə, adətən, qərarlı və hirsli olurlar. Həm iş həyatında, həm də şəxsi həyatda ciddi görünməyə çalışırlar.

3. Dolğun və biçimli dodaqlara sahib olanlar açıq sözlü, ürəyindəkiləri gizlətməyən, sözü ilə davranışları üst-üstə düşən səmimi insanlardırlar. Bu insanlara inana bilərsiniz. Bu qrupa daxil olanlar sevgilərini göstərməyi xoşlayırlar.

4. Alt dodaq qalın, üst dodaq incədirsə, deməli, bir xəyalpərəstlə üz-üzəsiniz. Təvazökar insandırlar. Sevdiklərinə sadiqdirlər.

5. Üst dodaq qalın, alt dodaq incədirsə, diqqətli olun. Çünki belə insanlar əyləncə düşkünü olurlar. Əsla, gələcəklə bağlı planlar qurmurlar. Sənətə meyilli olurlar. Zarafatlaşmağı xoşlayırlar. Qarşı cinsi özlərinə asanlıqla aşiq edə bilirlər. Ancaq sadiq deyillər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm