• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Çimərliklərdə qalan “izlər” - FOTOLAR

  • Maraqlı
  • 16 Sentyabr 2015 02:32
  • 526 Baxış
Çimərliklərdə qalan “izlər” - FOTOLAR

Yay mövsümündə sərinləmək üçün çimərliklərə üz tutanlar okeanların, dənizlərin sahillərini çirkləndirərək ekoloji problemlər yaradıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, daha çox çirkləndirilmiş çimərliklərin adları açıqlanıb. Siyahıda hətta öz gözəlliyi ilə turistləri cəlb edən Maldiv adalarının çimərlikləri və digər dənizkənarı ərazilər də var.

Xarici mətbuat yazır ki, sərinləmək üçün sahilə üz tutanlar özlərindən sonra böyük bir zibillik qoyub gediblər.

Eyni sözləri Bali (İndoneziya) haqqında da demək olar. Son illər məşhurlaşmış, əcnəbilərin diqqətini cəlb edən Balidə də sahilə xeyli sayda tullantı yığılıb.

Sakinlər və turistlər Kutada (İndoneziyada) özlərindən sonra "iz" qoyub gediblər.

Son vaxtlar məlum olub ki, Hind okeanı sahillərindəki bəzi adalarda tısbağaların və digər dəniz heyvanlarının tələf olmasının əsas səbəblərindən biri də sahilə plastik əşyaların, eləcə də digər məişət tullantılarının atılmasıdır.

Çimərliklərə üz tutan insanların yay "hücum"undan sonra Qara dəniz sahillərindəki bir sıra çimərliklərdə də ekoloji problem ortaya çıxıb. Fotolardan da görünür ki, bu çimərlikdə çoxlu sayda məişət tullantısı var.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR