Avropanın kök və arıq xalqları bəlli oldu
Bizi izləyin

Bilgi.az

Avropanın kök və arıq xalqları bəlli oldu

Beynəlxalq Həkimlər Kollegiyası Avropanın ən kök və arıq xalqlarının adlarını açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin araşdırmalarının nəticələri "Nature Genetics" jurnalında və "Daily Mail" saytında dərc olunub.

Həkimlər Avropanın 14 ölkəsindən 250 min insanın üzərində genetik araşdırma aparıblar. Məlum olub ki, Avropanın ən hündürboylu və arıq insanları Skandinaviya ölkələrinin – Norveç və İsveçin sakinləridir. Siyahıda danimarkalılar ilk üçlükdə yer tutur.

Avropanın ən qısaboyluları və dolubədənliləri isə ispanlar, italyanlar, portuqallar və yunanlardır. Fransızlar və ingilislər bu siyahıda orta sıralarda qərarlaşıblar. Onu da nəzərinizə çatdıraq ki, almanların və slavyan xalqlarının adı alimlərin aiyahısında yer almayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm