Yırtıcılarla birlikdə yaşayan 79 yaşlı “Canavar adam” - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yırtıcılarla birlikdə yaşayan 79 yaşlı “Canavar adam” - FOTOLAR

O, tarixə "Canavar adam" kimi düşüb. 79 yaşlı alman Verner Froyndun qurdlarla dostluğu hər kəsi heyran edir.

Publika.az-ın məlumatına görə, Almaniyanın Merçiq şəhərinin Saar ərazisində "Verner Froyndun canavarları parkı" qoruğunun əsasını qoymuş qoca 40 ildə 70-dən çox canavar böyüdüb.

Ərazisi 10 hektar olan qoruqda hazırda 29 yırtıcı yaşayır. Verner heyvanların sevgisini qazanmaq üçün özünü onlarla canavar kimi davranır. Bu səbəbdən də canavarlar ona toxunmurlar.

Verner hətta yırtıcılarla çox mehriban fotolar da çəkdirib. Qeyd edək ki, bu heyvanlar Kanada, Arktika, Avropa ölkələrindən gətirilib.

Vernerə yırtıcıların bu sevgisini qazanmaq, heyvan sürüsünün üzvü olmaq üçün onilliklər lazım gəlib. O həm də bir neçə canavar nəsli yetişdirməsi ilə məşhurdur. Fotolardakı canavarların bəzilərinin qayğısına Verner il yarım əvvəl qalıb. Bu səbəbdən də indi yırtıcılardan qorxub çəkinmir.

Bundan əlavə, canavarlar Verneri öz rəhbərləri hesab edirlər. Alman heyvanlara yemək gətirərkən yırtıcılar Vernerə imkan verirlər ki, öncə o, özü əti dişləsin. 79 yaşlı təqaüdçü hərdən çiy ətin dadına baxır. Bu səbəbdən də yerli sakinlər Verneri canavar adam adlandırırlar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm