Bilgi.az
Öldüyünə inanmadıqları üçün meyitini 6 həftədir soyuducuda saxlayırlar - FOTO
Hindistanın tanınmış "quru"larından olan Aşutoş Maharaj 6 həftə əvvəl vəfat edib. Onun tərəfdarları və təriqətinin mənsubları isə Maharajın ölmədiyini, "sadəcə, dərin və güclü meditasiya yuxusuna getdiyi"ni deyərək "quru"nun meyitini soyuducuda saxlayırlar.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, təriqət mənsubları "quru"
Aşutoşun "ruhlar aləmi ilə ünsiyyətin ən son mərhələsinə, Samadiyə
çatdığını" deyirlər.
Onlar A.Maharajın beyninin işlədiyini, deyilənləri eşitdiyini və anladığını vurğulayırlar.
Hindistanın şimalındakı Pəncab ştatının Nurmahal şəhərciyində
"aşram"ı olan A.Maharajın ölkədə və dünyada milyonlarla ardıcılının
olduğu iddia edilir.
Pəncab əyalətinin məhkəməsi isə olayı araşdırıb və Aşutoş Maharajın tərəfdarlarını fırıldaqçılıqda suçlayıb.
"Divya Jyoti Jagrati Sansthan" ("Oyanış Yolunun Tanrı Nuru")
təriqətinin lideri olan Aşutoş Maharajın tərəfdarları isə
məhkəmənin qərarını rədd edərək mərhum "quru"nun soyuducudakı
cəsədinin keşiyini çəkirlər.
Aşramın mətbuat katibi Svaşi Vişnaland
deyib: "Onun meditasiyasını başa vuraraq ayılacağı günü gözləyirik.
Maharaj Aşutoş hələ də meditativ mərhələdə bizə göstərişlərini və
əmrlərini yollayır. O, bizə tapşırır ki, oyanana qədər keşiyini
çəkək. O ölməyib, ruhlarla danışır. Tarix boyu onlarla "quru"
Himalay dağlarına yollanaraq buz kimi soyuqda "samadhi"yə
çatmışdılar. Çoxları onları ölmüş bilsə də, sonradan onlar
ayılıblar və geri dönüblər".
A.Maharajın aşramının qonşuluğundakı kəndin sakinlərindən biri isə
deyib: "O ölməyib. Gözlərimizi yumanda maharaca ilə danışırıq. O,
qayıdacağını söyləyir".
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?