Bu məktəbin cəmi bir şagirdi var – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu məktəbin cəmi bir şagirdi var – FOTOLAR

Çində cəmi bir şagirdin təhsil aldığı orta məktəb fəaliyyət göstərir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əhalisinin sayına görə (1,4 milyarddan çox) dünyanın ən böyük ölkəsi sayılan Çinin şərqindəki Fuçzyan əyalətindəki orta məktəb yalnız bircə şagirdə - Hu Yanqa xidmət göstərir.

Orta məktəb 2005-ci ildə inşa edilib. 3 mərtəbədən, 24 sinif otağından ibarət təhsil ocağında 2010-cu ildə 80 şagird təhsil alıb. 2012-ci ildə şagirdlərin sayı kəskin şəkildə azalıb.

Həmin ildən bu günə kimi məktəbdə yalniz Yanq təhsil alır. Yeri gəlmişkən, onun bacısı da bu təhsil ocağının sonuncu müəlliməsidir. İndi ancaq Hu Yanqın təhsil aldığı orta məktəbdə ancaq bir sinif otağı, bir parta və bir müəllim masası var. Yanqa cəmi 2 müəllim dərs keçir. Nə qədər təəccüblü olsa da, məktəbin yeganə şagirdinin tədrisi Çinin Təhsil Nazirliyinin ciddi rejimi əsasında həyata keçirilir.

Müəllimlər deyirlər ki, nə qədər çətin olsa da, onlar Yanqın özünü məktəbdə rahat hiss etməsi, yaxşı təhsil alması üçün əllərindən gələni edirlər.

Çətinlik çəkdiyini deyən Yanq yaxşı oxuyur. Məktəblinin arzusu çoxlu şagirdin təhsil aldığı məktəbdə oxumaqdır.

Qeyd edək ki, Yanqın təhsil aldığı məktəbin şagirdsiz qalması səbəbləri də məlum olub: - miqrasiya. Sakinlərin yaxşı həyat axtarışına çıxaraq vilayəti tərk edib getməsi ucqar ərazilərdəki məktəblərin boşalmasına səbəb olur.

Fuçzyan vilayətində 36 milyon insan yaşayır. Əyalətin əhalisinin böyük qismi maddi sıxıntı içində yaşayır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm