Heyvan yerinə göstərilən insanlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Heyvan yerinə göstərilən insanlar - FOTOLAR

"Ayaqqabılarımın olmamasına pis olurdum, ta ayaqsız insanları görənə qədər" - ibrətamiz misalı insanlara daim halından razı qalmasını təlqin edir. Doğrudan da, əlin, ayağın sağ-salamatdırsa, deməli, bu halına şükür etməlisən. Ən azı ona görə ki, fiziki, əqli cəhətdən qüsurla doğulmuş kifayət qədər insan var. Həm də bu insanlar dünyanın ayrı-ayrı ölkələrinin sirklərində seyrçilərə heyvan əvəzinə nümayiş etdiriliblər.

Publika.az Avropa, Amerika ölkələrinin sirklərində nümayiş etdirilmiş qeyri-adi görünüşlü, fiziki və əqli cəhətdən qüsurlu insanlarla bağlı maraqlı faktları təqdim edir:

Prins Rendion – "soxulcan adam". Onun əlləri və qolları yox idi. Bədənini ancaq başı və gövdəsi ilə hərəkət etdirə bilirdi. Sirklərdə işləyirdi və "Friks" adlı filmdə rol aldı.

Simon Metz – toppuz başlı bu insan əqli cəhətdən qüsurlu idi. Rəqs edir, mahnı oxuyur, yalnız 10-a qədər sayırdı.

Ella Harperin ləqəbi isə "dəvə qız" idi. Ayaqları bükülmüş formada dünyaya gələn qızda nadir xəstəliklərdən biri aşkarlanmışdı. Dörd ayağı üzərində gəzdiyi üçün ona "dəvə qız" deyirdilər. Sirklərdə şoular göstərərək pul qazanan Harper 51 yaşında dünyasını dəyişib.

Violet və Deysi Hilton "Hilton bacıları" ləqəbi ilə məşhur idi. Onlar dünyaya siam əkizləri kimi gəlmişdilər. Ortaq sinir sisteminə malik olduqları üçün biri hirslənəndə o biri də əsəbiləşirdi. Kiçik yaşlarında anaları tərəfindən sirkə satılmış qızları vəkil xilas etdi. Bacılar "Friks" filmindəki rollarına görə məşhurlaşaraq 5 min dollar qonorar qazanmışdılar.

Fred Vilson də fiziki cəhətdən qüsurlu doğulmuşdu. Onun iki əlində cəmi dörd barmaq var idi. Buna görə də mətbuatın diqqətini cəlb edirdi.

Ayaqsız doğulmuş Eli Boven qeyri-adi görünüşü ilə insanların marağına səbəb olurdu. O da ömrünü sirklərdə şou göstərməklə başa vurmuşdu.

Frenk Lentoni "Böyük Lentoni" ləqəbi ilə tanınırdı. Siciliyada ailəsinin 12-ci övladı kimi dünyaya gələn Frenkin 3 ayağı vardı. Onun insanlara maraqlı olmasına səbəb təkcə üç ayaqlı olması deyil, həm də üçüncü ayağını asanlıqla hərəkət etdirməsi idi. Frenkin sirkdə göstərdiyi ən sevimli şousu ayaqları ilə top oynatması idi.

Siam əkizi Cen Libera həyatını digər tayını bədənində daşımaqla başa vurdu. Sonrakı araşdırmalar zamanı onun bədənindəki əkizinin 12 santimetrlik başının olması müəyyən edildi. O, bədənini daşıdığı əkizinə Ceko adını vermişdi.

Minni Vulseyi isə "Quş qız" adlandırırdılar. ABŞ-ın Corciya ştatında doğulmuş qız adi quşa bənzəyirdi. Əqli cəhətdən qüsurlu qızı ailəsi yetimlər evinə verdi. Lakin bir neçə il sonra sirk işçisi qızın rəqslərindən faydalanaraq gəlir əldə etməyə qərar verdi. Onu quş beyinli adlandırır, guya insanla heyvanın cütləşməsindn yarandığını deyirdilər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm