ŞOK: Bu kənddə qızlar oğlana çevrilir - FOTOLAR
Bizi izləyin

Bilgi.az

ŞOK: Bu kənddə qızlar oğlana çevrilir - FOTOLAR

Dominikan Respublikasının ucqar kəndlərindən birində qeyri-adi hadisə qeydə alınıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Salinas kəndinin qız sakinləri 12 yaşdan sonra tədricən oğlana çevrilirlər.

Son 8 həftə ərzində aşkarlanmış bu cür qeyri-adi proses alimləri düşünməyə vadar edib. Belə ki, qadın cinsi orqanından məhrum şəkildə doğulmuş qızların tədricən oğlana çevrilmələri onların diqqətini cəlb edib. Qızların səsi tədricən qalınlaşıb. Daha sonra onlarda kişi cinsi orqanları aşkarlanıb.

"Daily Telegraph"-ın xəbərinə görə, Dominikanın cənub-qərb sahilindəki Salinasda təxminən hər 100 qızdan 90-ı 12 yaşdan sonra oğlana çevrilib. Qeyri-adi hadisə kəndin təcrid olunması ilə əsaslandırılır. Bu yaşayış məskənində hesab edirlər ki, insanlar iki yox, üç cinsə malikdirlər: - kişilər, qadınlar və psevdohermafroditlər.

Bir çoxları bütün bunların nadir genetik pozğunluqla əlaqəli olduğunu bildirirlər.

Belə sakinlərdən biri Conni indi fiziki və bioloji cəhətdən kişidir. Lakin 24 yaşlı bu gənc bir zamanlar ailənin qız övladı kimi dünyaya gəlib.

İndi Salinasda belə gəncləri "guevedoces" adlandırırlar. Bu, yerli dildən tərcümədə "12 yaşdan sonra kişi orqanı" deməkdir.

Coninin orqaznizmini öyrənən Maykl Mozli hesab edir ki, nadir genetik pozulma fermentlərin yoxa çıxması və embrionların inkişafı ilə bağlıdır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm