Dəniz sahillərində sirli ləpələr - FOTO
Bizi izləyin

Bilgi.az

Dəniz sahillərində sirli ləpələr - FOTO

Bir sıra dənizlərin sahillərindəki sirli hadisələr alimlərin marağına səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər eyni çimərliklərdə müntəzəm olaraq yaranan müxtəlif, qeyri-adi naxışların səbəblərini bu günə kimi araşdırıb tapa bilməyiblər.

Belə ki, İngiltərənin Dorset qraflığındaki ləpələr müzakirələrə yol açır. Sahildə nə üçün belə naxışların yaranması səbəbləri hələ tam müəyyənləşməyib.

Qeyd edək ki, oxşar hadisəyə "Point Reyes" (ABŞ) sahillərində də rast gəlinir. Bir çoxları hesab edir ki, belə bir sirli hadisə fırtınadan sonra müşahidə edilə bilər.

Bununla belə, dəniz sahillərindəki qeyri-adi ləpələrlə bağlı iki əsas versiya irəli sürülür. Birinci versiya dalğaların sahillə təmasından ibrətdir. İkinci versiya isə ləpələrin dəniz axını və qumla qarışmasıdır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm