• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bu ölkədə hər 5 nəfərdən biri quldur - FOTOLAR

  • Maraqlı
  • 23 Sentyabr 2015 22:34
  • 1 519 Baxış
Bu ölkədə hər 5 nəfərdən biri quldur - FOTOLAR

Dünyanın bütün qitələrində qul əməyi ləğv edilib. Lakin hələ də insan əməyinin istismar edildiyi ölkələr mövcuddur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mavritaniyada quldarlığın nəinki ləğv edildiyi, hətta son vaxtlar çiçəkləndiyi məlum olub.

Min illər öncə ərəblər tərəfindən işğal edilmiş ölkədə indi də zəncilər- Afrikanın qaradərili sakinləri istismar edilir.

Qulları istismar etmək bu ölkədə qədim adət-ənənə kimi qalmaqdadır. Qaradərili insanlar müxtəlif işlərdə istismar edilirlər: - heyvandarlıqdan tutmuş tikinti işlərinə qədər.

Bir qulun aylıq xərci cəmi bir neçə dollardır. Bu səbəbdən də sahibkarlar qul əməyindən yaxşı gəlir əldə edirlər.

Mavritaniyada qullardan daha çox su satışında istifadə edirlər. Çünki ölkənin yaşayış binalarının yalnız 40 faizi içməli su kəməri ilə təchiz olunub. Havaların həddən artıq isti keçdiyi Mavritaniyada bu dözülməz şərait deməkdir. Həmin səbəbdən sübh tezdən gecə yarısına qədər küçələrdə su qabları ilə gəzən qullara rast gəlmək mümkündür. Yeri gəlmişkən, bu biznes qul sahiblərinə yaxşı gəlir gətirir – hər günə 15 dollar. Bu məbləğ Mavritaniya üçün böyük puldur.

Ölkədə ümumilikdə 600 min qul var. Bu da ölkə əhalisinin təxminən 20 faizi deməkdir.

Qul sahibkarlığının ləğv edilməsinə baxmayaraq, Mavritaniyada köləliyə adi yanaşırlar. Qadağa insanları icbari əməyə cəlb etməyə də aiddir.

Mavritaniya mətbuatında qul sözündən istifadə etmək də qadağandır. Lakin bu heç nəyi dəyişmir.

Bütün bunlar Mavritaniyada qanunların kağız üzərində olduğunu göstərir. Qeyd edək ki, ölkədə quldarlığın ləğvinə ilk dəfə 1905-ci ildə cəhd edilib. 1961-ci ildə qüvvəyə minən Mavritaniya Konstitusiyasında köləliyin ləğvi rəsmən qüvvəyə minir. 1981-ci ildə hökumət yenidən qullara azadlıq bəxş edən qanun imzaladı. Ancaq bunlar yalnız kağız üzərində olan sənədlərdir. Bundan sonra da insanların əməyini istismar etmək qadağan edilsə də, yeni yasaqların heç bir faydası olmayıb.

2007-ci ildə ölkənin hakimiyyət sükanı arxasına əyləşmiş prezident Sidi Uld Şeyx Abdullahi quldarlığı qadağan edən sərt qanunu təsdiqlədi. Yeni qadağalara əsasən, insanları qul kimi işlədənləri 10 il azadlıqdan məhrumetmə və 2000-4000 dollar cərimə gözləyir. Lakin qul əməyindən istifadə yenə də qalmaqdadır. Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanunu pozan heç bir sahibkar məsuliyyətə cəlb edilməyib.

Maraqlıdır ki, hakimiyyətin hərbçilərin əlində olduğu Mavritaniyada qulların özləri də azadlığa çıxmaq istəmirlər. Məsələ burasındadır ki, bütöv qul nəsilləri ömürlük olaraq bir nəsil üçün işləyir. Onlar sahiblərinə sadiq qaldıqları təqdirdə ruhlarının cənnətə düşəcəyinə inanırlar.

Ölkədə işsizlik 30, yoxsulluq isə 40 faizdir. Bu baxımdan azadlıq acından ölməyə bərabərdir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR