Obamanın 3D-si, Atatürkün döyüş yadigarı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Obamanın 3D-si, Atatürkün döyüş yadigarı - FOTOLAR

Həyatımızın ən maraqlı, unudulmaz anlarını fotolarda saxlamaq bu gün bir çoxumuzun sevimli məşğuliyyətlərindən biridir. Elə şəkillər də var ki, onlar unikallıqları ilə tarixə düşüblər.

Publika.az dünyanın ilk və maraqlı fotolarını təqdim edir:

Dünyada ilk fotonun 1822-ci ildə fransız Jozef Nicefor Neps tərəfindən çəkildiyi bildirilir. Lakin onun fotosu günümüzə gəlib çatmayıb.

Bu səbəbdən də dünya tarixinə ilk foto kimi 1826-cı ildə çəkilmiş "Pəncərədən görünüş" düşüb.

Dünyanın ilk insan fotosunun tarixi dəqiq deyil. Bir çoxları onun 1838, bəziləri isə 1839-cu ildə çəkildiyini iddia edir.

İndi bir çoxumuzun böyük maraq göstərdiyimiz selfini ilk dəfə 1839-cu ildə Robert Kornelius çəkib.

İlk qadın fotosunun da həmin il çəkildiyi ehtimal edilir. Bu fotonu Amerikanın tanınmış fotoqrafı Con Dreyper kamerasının yaddaşına köçürüb. Qeyd edək ki, fotodakı qadın Ketrin Dreyper fotoqrafın bacısı olub.

Dünyanın ilk toy fotosu 1840-cı ilin 10 fevralında çəkilib. Britaniya kraliçası Viktoriya və şahzadə Albert ilk toy fotoları ilə də tarixə düşüblər.

İlk xəbər (hadisə) fotosunun çəkilməsi 1847-ci ilə təsadüf edir. Lakin fotonun müəllifinin kim olduğu məlum deyil. Bununla belə Fransada bir nəfərin həbsinin ilk xəbər (hadisə) olduğu bildirilir.

ABŞ-ın altıncı prezidenti Con Kuinsi Adams tarixə təkcə ölkə başçısı kimi yox, həm də ilk fotosu olan dövlət rəhbəri kimi düşüb. Foto 1843-cü ildə çəkilib.

İlk fotomontajın 1858-ci ilə təsadüf etdiyi bildirilir. Lakin fotonun müəllifi haqqında dəqiq məlumat yoxdur.

İlk təbiət hadisəsi fotosu 1882-ci ildə kameranın yaddaşına düşüb. Uilyam Cenninqs ildırım çaxmasının fotosunu çəkməyə müvəffəq olub.

İlk rəngli foto isə fizik Ceyms Klerk Maksvel tərəfindən 1861-ci ildə çəkilib. Lakin real obyektlərin ilk fotosu bundan 16 il sonra Lui Dyuko dyu Oron tərəfindən kameranın yaddaşına köçürülüb. Foto "Cənubi Fransanın peyzajı" adlanır.

İlk silah fotosunun çəkilməsi 1882-ci ilə təsadüf edir.

Vilhelm Rentgenin xanımı 1895-ci ildə ilk rentgen çəkilişini həyata keçirməsi ilə tarixə düşüb.

Maraqlıdır ki, XIX əsrin ortalarında texnika lazımi qədər inkişaf etməsə də, o dövrün insanları 1856-cı ildə ilk sualtı çəkilişə nail ola biliblər. Uilyam Tompson fotonu Veytmontda (Britaniya) çəkib.

Con Dreyper 1840-cı ilin 26 martında ayın ilk fotosunu çəkən rəssam olub. Yeri gəlmişkən, ayın əks tərəfinin fotosu bundan 119 il sonra "Luna-3" sovet peyki tərəfindən çəkilib.

Başqa planetlərin görünüşünün fotokameraların lentinə düşməsi 1975-ci ildə mümkün olub.

Barak Obama ABŞ prezidentləri arasında 3D portreti çəkdirən ilk dövlət başçısıdır. Onun portreti 2014-cü ilin dekabrında yaradılıb.

Hərb tarixində rast gəlinən nadir hadisə - düşmən güllələrinin toqquşması fotosunu da tarixi foto adlandırmaq olar. Bu, Mustafa Kamal Atatürkün komandanlıq etdiyi Hallipolli döyüşündə çəkilmiş fotodur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm