Dünyanın ən qəribə yaşayış məskəni: üzən kənd - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qəribə yaşayış məskəni: üzən kənd - FOTOLAR

Dünyanın qeyri-adiliyi ilə seçilən yaşayış məskənləri, özünəməxsus yaşayış tərzi ilə seçilən kənd və qəsəbələri kifayət qədərdir. Kambocada, Tonlesap gölü sahilindəki Kompong Luong kəndi də bu qəbildəndir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən yaşayış məskəni bütün dünyada "Üzən kənd" kimi məşhurlaşıb.

Onun məşhurlaşmasına əsas səbəb Anqkor Vat kilsə kompleksinin, Pnompey, Battaombanq kimi yaşayış məskənlərinin yaxınlığında yerləşən Kompong Luongda bütün evlərin suyun içində yerləşməsidir.

Sahildən bir neçə yüz metr kənarda saIınmış kənd özünəməxsus gözəlliyi, qeyri-adiliyi ilə seçilir. Sakinlər də elə bu gözəllikdən gələn qazancla dolanırlar. Bura üz tutan qonaqlar, turistlər 1 saat üçün 7 dollar ödəyərək mühərrikli qayıqda gəzməklə Kompong Luongun maraqlı yerləri, o cümlədən suyun içindəki daxmalarla, insanların yaşayış tərzi ilə tanış olurlar.

Yerli sakinlər "baranq-baranq"(bu, Kamboca dilində əcnəbi deməkdir) adlandırdıqları turistləri qayıqda gəzdirməklə pul qazanır, ailələrini dolandırırlar.

Kompong Luongun su içində yerləşməsi heç də burada yaşayan insanların yaşayış səviyyəsinin aşağı olması anlamına gəlmir. Tonlesap gölündəki yaşayış məskənində yerli sakinlər üçün hər cür şərait var.

Suyun içindəki evləri görməyə gedən turistlər buradakı kafedə nahar, mağazada alış-veriş edə bilərlər.

Yeri gəlmişkən, burada hətta təhsil ocağı da fəaliyyət göstərir. "Üzən kənd"dəki orta məktəbdə, əsasən, yetim uşaqlar təhsil alırlar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm