Arktikada üzmək üçün yaxta hazırlandı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Arktikada üzmək üçün yaxta hazırlandı - FOTOLAR

Hollandiya şirkəti "Damen Shipyards" ekstremal şəraitdə, tropik zonadan Arktikaya qədər üzmək üçün yeni yaxta hazırlayıb.

Publika.az "The Metro"ya istinadən xəbər verir ki, yaxtanın təqdimatı Monakodakı yaxt-şouda həyata keçirilib.

Onun içində sualtı qayıq, iki vertolyot meydançası, habelə sualtı tədqiqatlar üçün avadanlıqlar var. Yaxta 50 heyət üzvü və 30 qonaq üçün nəzərdə tutulub.

150 milyon dollarlıq yaxtanı ixtira etmiş "Damen Shipyards" Hollandiyanın Qorinhem şəhərində fəaliyyət göstərir. Şirkət yedəklərin, yaxtaların, yük, habelə hərbi gəmilərin layihələrinin hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm