Kalaşnikov avtomatı, üçayaqlı insan – qeyri-adi dövlət bayraqları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kalaşnikov avtomatı, üçayaqlı insan – qeyri-adi dövlət bayraqları – FOTOLAR

Tarixin ayrı-ayrı mərhələlərində yaranmış əlverişli şərait bəzi ölkələrin istiqlaliyyət qazanmaları ilə nəticələndi. Müstəqil dövlət rəmzlərini müəyyənləşdirən hər bir ölkə özünəməxsus inkişaf yolu seçdi. Dövlət rəmzlərindən söz düşmüşkən, onlar arasında elə ölkələr var ki, qeyri-adi, hətta əcaib bayraqları ilə seçilirlər.

Publika.az qeyri-adi simvolları olan dövlətlərin adlarını təqdim edir:

Mozambik dünyada yeganə ölkədir ki, onun bayrağında silah əks olunub. Nə qədər təəccüblü olsa da, bu həm hərbi, həm də aqrar sahə anlamına gəlir.

Afrika ölkəsinin dövlət simvolunda toxa Kalaşnikov avtomatı ilə əhatə edilib. Bu, ölkənin daxili vəziyyətinin necə olması anlamına gəlir.

Vətəndaş müharibəsinin onilliklərdir davam etdiyi Mozambikdə münaqişələr bu günədək bitib tükənmir.

Siciliyanın qədim bayrağı ilk dəfə 1282-ci ildə Palermodakı Siciliya gecəsində qəbul edilib. Bayrağın mərkəzində üçayaqlı insan əks olunub. Ayaqlar adanın üç ucqar nöqtələrinə işarədir.

Adanın qədim adı yunan dilində üçbucaq mənasını verir. Bayrağın rəngi isə Polermo və Korleone şəhərlərini ehtiva edir.

Havay adalarının heç vaxt Britaniya imperiyasının tərkibində olmasına baxmayaraq, bu kiçik dövlətin bayrağında koloniya çaları var.

Bu, monarx Kamamexin hakimiyyəti dövrünə təsadüf edir. Yunion Cekin gözəlliyinin heyranı olmuş hökmdar ada-dövlətin bayrağına qeyri-adi rəmz də əlavə etdi.

Üçayaq işarəsi daha bir dövlətin də bayrağında əks olunub. Bu, çoxlarının tanımadığı Men adasıdır. Bir neçə əsr öncə qəbul edilmiş bayrağa XIII əsrin ortalarında düzəliş edilib. Lakin o, 1971-ci ilin 27 avqustunda rəsmi şəkildə dövlət atributu kimi qəbul edilib.

Kambocanın dövlət bayrağı da dünyanın qeyri-adi dövlət rəmzlərindəndir. Bu atribut 1942-45-ci illərdə qəbul edilib. Kamboca həmin illərdə Yaponiyanın işğalı altında idi. Bayraq sırf hərbi və siyasi məna daşıyır.

Zair dünyanın azsaylı dövlətlərindəndir ki, o, XX əsr boyu azadlıq uğrunda mübarizə aparıb. Həmin səbəbdən də inqilabi motiv bu ölkənin bayrağında əks olunub.

Nepal da qeyri-adi dövlət atributuna malik ölkələrdəndir. Dünyanın yeganə dövlətidir ki, onun bayrağı dördbucaq deyil.

O ki qaldı Antarktikaya, bu materikdə heç bir dövlətin olmamasına baxmayaraq, buzlu materik də dövlət bayrağına malikdir. Neytral ərazi sayılan materikin bayrağı isə fotodakı kimidir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm