“El Çapo” amerikalı milyarderi öldürənə 100 milyon dollar verəcək
Bizi izləyin

Bilgi.az

“El Çapo” amerikalı milyarderi öldürənə 100 milyon dollar verəcək

Meksikalı narkobaron, "El Çapo" ləqəbli Xoakin Qusman ABŞ prezidenti postu uğrunda yarışa qatılan milyarder Donald Trampın başına 100 milyon dollar mükafat qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "El Çapo" ilə görüşən məhbuslardan biri deyib. O, narkobaronun amerikalı milyarderin öldürülməsi qarşılığında 100 milyon dollar ödəməyə hazır olduğunu bildirib.

Məhbusun sözlərinə görə, Trampın meksikalı miqrantlarla bağlı irqçi çıxışları narkobaronu qəzəbləndirib. Amerikalı milyarder ilk olaraq təhdidləri ciddi qəbul etməsə də, sonradan Federal Təhqiqatlar Bürosundan (FTB) bu barədə araşdırılma aparılmasını xahiş edib.

Xatırladaq ki, yalnız Meksikanın deyil, dünyanın ən güclü narkobaronlarından olan Xoakin Qusman iyulun 11-də həbsxanadan qaçıb. Bu, Qusmanın Meksikanın ən güclü mühafizə olunan ciddi rejimli Altıplano həbsxanasından ikinci qaçışı idi.

ABŞ rəsmiləri "Ən böyük balıq" adlandırdığı Qusmanın Meksika türmələrindən qaçma riski yüksək olduğundan onun ABŞ-a verilməsini istəmişdi. Lakin Mexiko Qusmanın daha əvvəl aldığı 24 illik həbs cəzasını məhz Meksikada çəkməsinin lazım olduğu bildirilməklə bu istəyi rədd etmişdi.

"Forbes"in hazırladığı "dünyanın ən güclü insanları" siyahısında da yer alan Qusmanın sərvətinin 1 milyard dollar olduğu bildirilir. "Forbes"ə görə, o, 2011-ci ildə dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub.

Məhşur narkobaronun həbsxanadan qaçışı isə ona 50 milyon dollara başa gəlib. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir.

Meksika hökuməti onun ələ keçirilməsi üçün 3,8 milyon dollar mükafat təyin edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm