• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sevdiyi qadına görə canını fəda etdi

  • Maraqlı
  • 13 Oktyabr 2015 02:08
  • 1 212 Baxış
Sevdiyi qadına görə canını fəda etdi

Rus dilinin lüğət tərkibinə minlərlə söz gətirən dahi Puşkini dünyada yəqin ki tanımayan yoxdur. "Qaraçılar", "Yevgeni Onegin", "Boris Qodunov", "Daş qonaq", "Böyük Pyotrun ərəbi", "Dubrovski", "Qaratoxmaq qadın", "Kapitan qızı", "Qafqaz əsiri", "Baxçasaray çeşməsi", "Tunc atlı", "Xəsis cəngavər", "Motsart və Salyeri" kimi əsərlərin müəllifi rus poeziyasının daim göz oxşayan günəşi idi. Özü dediyi kimi, qorxunc, qəribə taleyi olan Puşkinin ölümü də dəhşətli olur. İçində ikiləşən Puşkinin biri məhvə doğru addımlasa da, o biri ədəbiyyat uğrunda savaşdaydı...

Puşkinin qadınına kənardan baxış

"Xanımın – sənin düşmənin, sənin şeytanın, vəfasızın... Sən öz poemanı xaincəsinə, söyüşlə dolu yazdın..." – anonim imzayla belə bir məktub gəlmişdi. "Qadın eşşəkarısı kimi Rusiyada hərlənirdi" - ədəbiyyatçı Yakor Neverov züy tuturdu...

İllər ötüb keçdi, ancaq Natalya Qançarovanın adını rahat buraxmadılar. "Yalnız gözəldir, sadəcə, gözəl... Düzəlməyən ağlı, ruhu, ürəyi ilə bərabər, çox gözəldir..." – Mariya Svetayeva Natalya Nikolaevnaya belə yazırdı.

Bu bəhs edilən qadın Puşkinin "mənim Madonnam", "mənim təmiz, pak obrazım" adlandırdığı qadındır. Ola bilərmi, otuz yaşında bir şair yanılsın? O, kimi tərənnüm etdiyini, kiminlə evləndiyini bilmirdimi?

Qorxunc tale

Puşkin özünün möhtəşəm intuisiyasıyla gələcəkdə qarşısına çıxan faciəni görürdü. Toydan bir gün əvvəl arvadı olacaq qadının anasına məktub yazmışdı: "Yalnız davamlı və vərdişə çevrilmiş yaxınlıq məni sizin qızınızla bağlaya bilər. Ümid edirəm ki, onu özümə yaxın edə bilərəm, ancaq məndə olan heç bir özəllik onun xoşuna gəlmir. Əgər əlini uzatsa, mən toxunuşla çox rahat bir şəkildə onun ürəyini hiss edə biləcəm... Onun buna ürəyi yanmırmı? Mənə ona bağlanmış biri kimi deyil, insan kimi baxmayacaqmı? O hiss eləmirmi ki, məni özündən kənarlaşdırır? Bir Allah şahiddir ki, mən ona görə ölməyə hazıram. Ancaq məhz ona görə ölərəm ki, o, məğrur, alnıaçıq bir dul qadın kimi sabah başqa biriylə evlənə bilsin..."

Bu məktubun yazılmasında sirli bir motiv var. Puşkin intuitiv olaraq gələcək fəlakəti dəqiq bilir. Şair günün gərginliyindən belə bir nəticə çıxarmışdı: "Bu heç də yaxşı olmadı". Əşyalar da Puşkinin fikrini təsdiqləyirdi: masanın üstündəki xaç və dini kitab şam işığının zəifləməsindən görünmür... Puşkin bir daha öz-özünə deyir: "Bütün bunlar pisə işarədir!"

"Ürək ölümcül döyünür... Hər şey, amma hər şey ölümlə məni hədələyir... Özü də anlaşılmaz bir ləzzətlə..." – deyəsən, Puşkinin daxilindən bu sözlər eşidilirdi. Bütün bunlarla yanaşı, şair özünə güvənən biri kimi, şux addımlarla, bir kişi, bir zadəgan cəsarəti ilə taleyini qarşılamağa yollandı.

Duel də döyüşdür, fəlakətin üstünə güllə kimi şığıdı, qaraçıyla veyil-veyil gəzdi... Bir sözlə, bir oyun oynadı və kartlar onun uduzduğunu göstərdi...

"Döyüşdən həzz almaq deyilən bir şey var... Bir də axan qanının yaratdığı qaranlıq dərinlik..." Bu dərinlik həmişə barmağıyla şairi yanına çağırdı, onu ovsunladı. Rusiyanın ən gözəl qadını, onun arvadı dərinliyin özü deyildimi? Ancaq ən yaxşısı ora, dərinliyə doğru getməkdir, yoxsa sakit, lal-dinməz həyat şairə görə deyil!

"Mən gərək səninlə evlənəydim, çünki bundan əvvəlki həyatım bədbəxtliklə iç-içəydi" – toydan üç il sonra şair qadına yazmışdı.

Qadının kimliyi

Natalya Nikolayevna eynən Puşkin kimi adi bir ailədə doğulmamışdı. Analığı isveçli bir baron Moris fon Posseylə evlənmişdi. Onlar Liflandiyada yaşayırdılar. Lakin qızın anadan olmasından sonra qadın barondan ayrılıb sevdiyi knyaz İvan Aleksandroviçin yanına, Peterburqa gedir.

İvan Aleksandroviç o vaxt evli idi: iki qızı, bir oğlu vardı. Evdə qalmaqalın qopmasından sonra o, mehribanlıqla, qayğıyla onları da öz ailəsinə qatmağa razı olur. Analığı Ulrika təxminən otuz yaşa çatdıqdan sonra ölür, bala Natalyaya isə onun qanuni əri doğma biri kimi ömrünün axırına qədər baxır.

İvanın bacısı Natalyayla birlikdə Peterburqa köçürlər. Xalası Natalya Kirilovna mötəbər icmadan idi. Qız onun himayəsində böyüyürdü. Evinə tezliklə alışan Natalya İvanova tezliklə imperatriça sevgilisi kavalerqard (çar ordusunda qvardiya süvari hissələri tərkibinə daxil olan alaylardan birinin əsgər və ya zabiti – O.A.) Oxotnikovu öldürtürür. Oxotnikovun öldürülməsindən sonra Natalya İvanovna tez-tələsik kətan zavodunun sahibinin oğlu Nikolay Qonçarovla evlənir. I Aleksadrın familyasını daşıyan bütün kübar təbəqə nikah mərasimində iştirak edirdi.

Natalya İvanovna yaraşıqlı, ağıllı, təhsilli ərini sevmirdi. Nikah günündə də qadın ruhdan düşmüşdü. Axır-axırda o, içkiyə qurşandı, əxlaqsızlığa başladı, nökərlə olan münasibətini də özünə ayıb saymadı. Əri belə bir həyatı qəbul edə bilmədiyi üçün başını itirdi. Hər şeydə haqlı olduğuna inanan inadkar Natalya İvanovna pis vərdişlərindən əl çəkmədi və bundan ən çox qızı ziyan gördü: onu qapalı yerdə ac saxladı...

O, digər bacılarından çox fərqlənirdi. Böyük olan Yekaterina sakit, dözümlü, ortancıl Aleksandrina olduqca təmkinli, balaca Natalya isə lal-dinməz, özünə qapalı, eynən atası kimi biri idi.

Natalya Puşkini sevir...

Natalya utancaq, qorxaq biri kimi böyüdü. O, şair olmaq arzusundaydı. Bax elə buna görə on altı yaşlı qızın qabağına Puşkinin çıxması onun bu adamı yarım Allah kimi görməsinə səbəb oldu. Məhz buna görə qız öz ürəyini həmişəlik şairə verdi.

Qız onu öz xasiyyətinə uyğun sakit, hay-küysüz sevir, Puşkin isə ona gənclik ehtirasıyla, ilahi bir sevgiylə yaxınlaşırdı... Elə bunun özü onların arasında böyük bir əngəl oldu.

Puşkinin sonu

Puşkini xoşbəxt hesab etmək olardı: o həm Rusiyanın bir nömrəli şairi adına layiq görülmüş, həm də ölkənin ən gözəl qadınını ələ keçirmişdi. Ancaq bəzən xoşbəxtliyin ömrü də insan taleyi kimi olur: heç gözləmədiyin anda qəfil məhv olub gedir...

Çar I Nikolayın Puşkindən zəhləsi gedir və şair bunu hər addımda hiss edir. Təşkil olunmuş bir balda Puşkin Natalyanı çardan xilas etmək üçün dəridən-qabıqdan çıxır. Elə bu zaman Puşkinin qabağına daha çətin bir əngəl çıxır: Dante peyda olur. Dantes çox qəddar və inadcıl biriydi. O, uğrunda döyüşəcəyi qadına görə hər şeyindən vaz keçməyə razı olacaq bir təbiətə malik idi. Onun üçün önəmli olan öz gələcəyi idi. Və bu gələcək onu hara aparır-aparsın Dante buna razıydı. O, öz rolunun öhdəsindən gələcəyinə inanırdı. Və ifa olunan bu rol, çarın xeyrinə qurulan bu oyun Puşkinin sonuna çıxacaqdı...

...Puşkinin qorxusu və qorxusuna qarşı çıxması onun ölümünə, xoşbəxtliyin bir anda darmadağın olmağına səbəb oldu...

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR