• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Orduda kişi hərəmxanası haqqında ŞOK FAKTLAR

  • Maraqlı
  • 13 Oktyabr 2015 01:26
  • 1 805 Baxış
Orduda kişi hərəmxanası haqqında ŞOK FAKTLAR

Əfqanıstan Ordusu barədə da son vaxtlar açıqlanan faktlar dəhşətli mənzərəni sərgiləyir. Məlum olub ki, əfqan səhra komandirləri arasında azyaşlı oğlan uşaqlarından ibarət hərəmxana saxlamaq "adət"ləri geniş yayılıb.

Publika.az xəbər verir ki, ölkənin hər yerində tüğyan edən seksual zorakılıq xüsusilə əfqan səhra komandirləri arasındadaha da inkişaf edib. Bu təcrübə "baça-bazi" – "oğlanların oyunu" adlanır.

Hətta əfqan hərbi qulluqçuları yeniyetmələrin başına hərbi bazanın ərazisində oyun açsalar belə, Amerika əsgərlərinə və dəniz piyada qoşunlarına baş verənlərə müdaxilə etməyə icazə verilmir. Bu barədə məlumatı müsahibələrdən və məhkəmə arxiv materiallarından əldə etmək mümkündür.

Amerika tərəfi ərazini Taliban hücumlarından qorumaq üçün yerli yığma qoşunu icarəyə götürüb təlim keçən vaxtlarda belə müdaxilə etməmək siyasəti yürüdürdü. Amerika zabitlərinin homoseksual hərbçiləri xidmətdən azad etmək əvəzinə, onları silahlandırmaları və kəndlərə rəhbərlik etmələrinə şərait yaratmaları əsgərləri daha çox təşvişə salırdı.

"Biz bura Talibanın törətdiyi dəhşətli hadisələri, onların insanlarla vəhşıcəsinə davranışını gözlərimizlə görmək üçün təşrif buyurmuşuq" – deyən xüsusi bölmənin keçmiş kapitanı Den Kuinn Amerika hərbçilərinin tutduğu əfqan qoşunlarının liderini azyaşlını yatağa bağlayaraq seksual kölə kimi rəftar etdiyi üçün döymüşdü.

Əfqan uşaqları üzərində seksual zorakılığı qadağan edən siyasətə yenidən baxılır. Amerika hərbi qulluqçuları intizam tənbehinə cəlb edildikdən sonra bu məsələ yenidən gündəmə gəldi. Onu da qeyd edək ki, onlardan bəziləri hətta karyeraları ilə vidalaşmalı oldular. Bir faktı da nəzərinə çatdıraq: - kiçik kapral Kuinn əfqan döyüşçüsünü əzişdirdikdən sonra onu Əfqanıstanda hərbi xidmətdən uzaqlaşdırdılar. Bu hadisədən sonra o, Silahlı Qüvvələrin sırasını tərk etdi.

4 il sonra isə ordu rəhbərliyi kiçik kapral Kuinnlə əfqan komandirini "yerində oturdan" birinci dərəcəli serjant (gizir) Çarlz Martlandı istefaya göndərməyə cəhd göstərdi.

"Ordu rəhbərliyi israrla təkid edir ki, Martland və digər əsgərlər baş verənlərə məhəl qoymamalıdırlar". Bunları Martlandın karyerasını xilas etməyə çalışan respublikaçı konqresmen Dankan Hanter Pentaqonun baş müfəttişinə ünvanlandığı məktubunda yazıb.

Amerika hərbçilərinin sözçüsü, polkovnik Brayan Tribus məsələ ilə bağlı suala Pentaqonun rəsmi mövqeyini bu sözlərlə cavablandırıb: "Uşaqları cinsi istismara zorlayan əfqan polisi və ya hərbi qulluqçularının ittihamı Əfqanıstan Cinayət Məcəlləsinin işidir. Amerika hərbçilərini belə əhvalatları danışmağa vadar edən heç bir xüsusi sərəncam yoxdur" – deyən rəsmi yeganə istisnanın cinsi zorakılıqdan müharibədə silah kimi istifadə olunmasını nəzərə çatdırıb.

Amerikanın bu siyasəti Talibanla müharibə üçün hazırlanmış əfqan polisi və döyüşçüləri ilə münasibətləri saxlamağa yönəlib.

Homoseksuallığın geniş yayıldığı ölkədə nüfuzlu kişilər ətraflarına yeniyetmələri toplamalarını yüksək sosial status kimi qiymətləndirirlər.

"Bizim əsas vəzifəmiz cinsi zorakılıqla deyil, Talibanla mübarizədir" – deyən kiçik kapral xatirələrini belə bölüşür: "Döşəmədə 4 kişinin uşaqlarla yanaşı uzandığının şahidi olmuşam. Yorğanın altında nə baş verdiyini görməsəm də, təxminən təsvir edirdim" – deyən hərbçi ürək bulanması, ikrah hissləri keçirsə də, əl-qollarının bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2011-ci ilin yayında Kuinnə də, Martlanda da təlim keçdikləri yerli polislər barədə şikayətlər daxil olmağa başlayır. Əvvəlcə onlara dəstənin liderlərindən birinin 14 yaşlı qızı zorladığı haqla məlumat verdilər. Komandir bu barədə əyalətin polis rəisinə məruzə etdikdən sonra səbəbkar məsuliyyətə cəlb olundu. "Bir gün həbsxanada qaldıqdan sonra qızı ona ərə getməyə vadar etdilər" – deyə Kuinn ürək ağrısı ilə xatırlayır.

Məlumatla o da bildirilir ki, ABŞ-n dəstəklədiyi əfqan hərbçilərinin törətdiyi, cəzasız qalan cinsi zorakılıq kənd ağsaqqallarını getdikcə daha çox qıcıqlandırır. Hər dəfə analoji hadisədən sonra kiçik kapral əfqan komandirlərini toplayaraq onlara insan hüquqları barədə məruzələr oxuyurdular. "Onlardan biri həmkarlarına ayrılmış maaşla qaçaraq pulu rəqqas oğlanlara xərclədi. 12 yaşlı qızının yeniyetmə ilə öpüşdüyünü görən digər əfqan qulluqçusu namus qatili oldu. Bu cinayətə görə onların burnunu belə qanadan yox idi" – deyən Kuinn baş verənləri şərh edir.

2011-ci ilin sentyabrında oğlu ilə ABŞ hərbi bazasına gələn əfqan qadın yerli yüksək çinli məmurlardan birinin uşağı qaçırıb çarpayıya bağlayaraq cinsi istismara zorladığını deyir: "İşgəncələrdən sonra, nəhayət, uşağı azad etsələr də, onun yenidən qaçırılacağı fikri beynimdən çıxmırdı".

Kuinn polis nəfərini əxlaq qaydalarına əməl etməyə məcbur etdikdə cavabında əfqan döyüşçüsü baş verənlərin o qədər də ciddi bir şey olmadığını söyləyərək gülümsəməklə kifayətlənmişdi.

Əsəblərinə hakim ola bilməyən kiçik kapral "Onu döşəməyə sərdim. Bunu ona görə etdim ki, onu bir daha yeniyetmələrə iştaha salmayacağı fikrindən daşındırım" – dedi.

Həmin əfqan komandiri Abdul Rahman 2 il əvvəl taliblər tərəfindən qətlə yetirildi. Qardaşı isə Rahmanın heç zaman həddi büluğa çatmayanları zorlamadığını, bunu onun düşmənlərinin uydurduğunu söyləyirdi.

İgidliyə görə Tunc ulduz medalı ilə təltif olunan Martland həmin il ordu rəhbərliyinə ünvanladığı məktubunda artıq vicdanının əfqan azğınlığına göz yummağa yol vermədiyini etiraf edirdi.

Kiçik kapral Bakli və onun iki silahdaşı 2012-ci ildə hərbi bazada yüksək mövqeli Sarvar Canla birgə yaşayan oğlanların dəstəsi tərəfindən qətlə yetirilir. Canın imici onsuz da ləkələnmişdi. 2010-cu ildə dəniz piyada qoşunlarının 2 zabiti əfqan hakimiyyətini çoxsaylı şikayətlər əsasında Savrarın həbsinə çağırırdı. O, korrupsiyada, Talibana dəstəkdə və uşaqlara qarşı zorakılıqda ittiham olunurdu. Ancaq 2 il keçdikdən sonra Sarvar yenidən xidmətə qaytarıldı. Özü də Baklinin də xidmət etdiyi Gilmend əyalətindəki "Dehli" əməliyyat bazasına rəhbərlik ona tapşırıldı.

Can haqqında xəbərlər zabitlərin də qulağına çatdıqdan sonra 2010-cu ildə onun həbsi gerçəkləşdi. Hərbçilərdən biri "Dehli"yə Canın dosyesinin də yer aldığı elektron məktub ünvanladı.

Kiçik kapral Canla birgə yaşayan azyaşlı ev qulluqçularını (bəzən onlar cinsi istismara vadar edilirlər) müşahidə etməyə başladı. 2 həftə sonra 17 yaşlı ev qulluqçusu tüfənglə Baklini və onun 2 silahdaşını qətlə yetirdi. Həlak olmuş zabitin atası indiyə qədər də düşünür ki, oğlu əqfanlara qarşı apardığı "namus" davasının qurbanı olub.

"Söhbət oğlanların cinsi zorakılığından düşdükdə dəniz piyada qoşunları da dolayısı ilə bu məsələdə günahkardır" – deyə Bakli etiraf edir. Daha düşünmürlər ki, yazıq hərbçilər əfqanların bu barbarlığından təngə gəliblər.

Vəkillərin məlumatlarına görə, Can barədə elektron məktubu Baklinin ölümündə təqsirləndirilən Amerika hərbçisi Mejcor Brezler göndərib. Brezlerin dinləmə proseslərinin birində Dəniz Piyada Korpusunun hüquqşünasları əfqan polisi haqqında məlumatın məxfi olduğunu diqqətə çatdırdılar. Rəhbərlik Brezlerin hərbi xidmətdən azad edilməsi proseduruna başlansa da, Can bu arada karyera pilləsində irəlilədi. Həmin əyalətdə ona daha yüksək vəzifə tapşırıldı. O, korpuslarda cinsi kölələrin saxlandığını inkar edərək "Silahdaşlarını qətlə yetirən yeniyetməni tanımadığını, haqqında söylənənlərin yalan olduğunu" – bildirdi. Canı tanıyanlar onun hələ də "diş ağrısı"ndan əziyyət çəkdiyini söyləyirlər – bu evfemizm (qaba və ya namünasib söz ya ifadə yerinə işlədilən daha yumşaq söz ya ifadə, məsələn, "yalan deyirsiniz" yerinə "doğru demirsiniz" və s.) "Əfqanıstanda uşaqlar üzərində tətbiq edilən cinsi istismarı ifadə edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR