Bilgi.az
Bazar ertəsi sindromu ilə mübarizənin 6 üsulu
Araşdırmalar göstərib ki, insanların təxminən 40-50 faizi tez-tez bazar ertəsi sindromu ilə üzləşirlər.
Şənbə və bazar günləri istirahət etdikdən sonra həftənin birinci günü iş rejiminə öyrəşməkdə çətinlik çəkir, özünüzü həvəssiz, yorğun, halsız hiss edirsinizsə, deməli, siz də bazar ertəsi sindromuna yaxalanmısınız.
Bəs bu vəziyyətdən xilas olmaq üçün nə etmək olar?
Publika.az sizi qısa müddətdə bu sindromdan xilas edəcək 6 məsləhəti təqdim edir:
1. Qidalanma: Çoxlu fındıq, yulaf, həmçinin doymamış yağ və turşular ehtiva edən qidalar yeyin. Məsələn, yağlı balıqla salat, susam yağında saxlanılmış avokado yeyə bilərsiniz.
2. İdman: Yarım saat yerimək əhvalınızın yaxşılaşmasına səbəb olacaq. Çünki günəş şüaları beyinə daha çox seratonin hormonunun getməsini təmin edir. Bu hormon isə insanın birbaşa əhval-ruhiyyəsi ilə əlaqəlidir.
3. Əyləncə: Sizi güldürə biləcək kitablar, jurnallar oxuyun. Komediya janrında olan film izləmək də effektli olacaq.
4. Rəng seçimi: sarı rəngdə geyinin və ya ofisinizdəki masanızı sarı çiçəklərlə bəzəyin. Bu rəng insanı depressiyaya düşməyə qoymur.
5. Dərman: B qrup vitaminləri qəbul edin. Bu, əsəblərinizi sakitləşdirib özünüzü daha dinc hiss etməyinizə səbəb olacaq.
6. Düşüncə tərzi: Kağız-qələm götürüb yaşamaq istəyinizi, hədəflərinizi yazın. Pozitiv duyğulara köklənin.
Ləman Sultan
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO