Keçmiş milyonçu küçədə şorba satır - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Keçmiş milyonçu küçədə şorba satır - FOTOLAR

Bir vaxtlar o, milyonçu idi. İndi isə küçələrdə şorba satmaqla məşğuldur. Söhbət Türkiyənin Dənizli şəhərində yaşayan 66 yaşlı Erdoğan İyilikçidən gedir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanacaq və inşaat sektorlarında şirkətləri olan E.İyilikçinin onlarla binası, villaları, lüks avtomobilləri, yaxtaları, hətta özəl təyyarəsi olub.

Hazırda isə o, küçələrdə şorba satır.

O, bu işdən utanmadığını deyib: "Hansı iş olursa-olsun, onun öhdəsindən gələ biləcəyimi göstərdim. Küçələrdə şorba satmaqda utanmalı bir şey yoxdur. Hazırladığım şorbaları çox bəyənirlər. Həyatda mübarizədən əl çəkməmək lazımdır. Zamanla işlərimin daha yaxşı olacağına inanıram",- o deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm