Bilgi.az
Geyiminiz işinizin keyfiyyətinə təsir göstərir
ABŞ-ın İllinoys ştatında yerləşən Şimal-Qərb Universitetinin alimləri sübut edib ki, geyim insanın hərəkətlərinə, işinin keyfiyyətinə birbaşa təsir göstərir. Onların apardığı eksperiment nəticəsində məlum olub ki, uniforma (işçi geyimi) geyinənlər, məsələn, tibb bacıları tapşırıqların icrasında daha yaxşı nəticə göstəriblər.
Publika.az xəbər verir ki, təcrübəyə cəlb edilənlərə ağ xalat geyindirilərək müxtəlif tapşırıqlar verilib. Ağ xalatlılar tapşırıqların öhdəsindən daha yaxşı gələrək işi vaxtında və daha dəqiq yerinə yetiriblər. Təcrübə zamanı əynində işçi geyimi olmayan iştirakçılar çox pis nəticə göstəriblər. Bundan sonra xalata "çılpaq idrak" adı verilib.
Bir sözlə, alimlər bu qənaətə gəlib ki, geyim seçimi insanın davranışına ciddi təsir göstərir. Bu isə o deməkdir ki, iş geyimi özünə əminliyi artırır, işçi daha səbirli olur. Hətta yaradıcılıq qabiliyyətini də artıran həmin geyimlər peşəkar nailiyyətlərinizi artıra bilər.
"Psixologiya elmi" jurnalında dərc olunmuş başqa bir araşdırmada paltarın materialının müasir insan həyatında dəyişikliklər yaratdığı yazılıb. Məsələn, rahat paltarda testosteron hormanları yüksəlir, kortizol səviyyəsi isə azalır. Bu da təhtəlşüur səviyyəsində sizi daha yüksək məqsədlərə nail olmağa vadar edir.
Ona görə də biz qarderobunuzu yaxşı təhlil etməyi, lazımi dəstləri artırmağı məsləhət görürük. Bəlkə də hər hansı geyim vasitəsi ilə öz bacarıqlarınızı daha yaxşı nümayiş etdirə bilərsiniz...
Aytən
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək