Bilgi.az
Bakıda qızın döyüldüyünü əks etdirən VİDEO
Sosial şəbəkədə bir qızın döyüldüyünü əks etdirən video yayılıb.
Publika.az xəbər verir ki, "Bakıda qızın döyülməsi" başlığı ilə yayılan həmin videoçarx planlı şəkildə hazırlanıb. Sosial şəbəkədə əsas müzakirə obyektinə çevrilən videonun müəllifi Rusiyanın paytaxtı Moskava şəhərində yaşayan Nizam adlı şəxsdir. O, dostu ilə birlikdə əvvəlcədən nəzərdə tutulan ssenari əsasında "qurban" rolunu canlandıran qıza fiziki güc tətbiq edib. Bakının mərkəzi küçələrindən birində, insan axınının çox olduğu yerdə qurulan səhnənin məqsədi şəhər əhlinin gözü qarşısında baş verən zorakılığa reaksiyasını yoxlamaq olub. Gözlənildiyi kimi, kütlə arasında soyuqqanlılıq nümayiş etdirərənlərlə yanaşı, baş verənlərə biganə qalmayanlar da olub.
Videonun ikinci hissəsində qızı idmançı cüssəli iki oğlan döyüb. Amma yüzlərlə insan içərisindən yalnız 1 nəfər "idmançılara" yaxınlaşmağa cürət edərək onları polis çağıracağı ilə hədələyib.
Qeyd edək ki, Nizam bundan əvvəl Bakıda homoseksual xarakterli video çəkərək özünü şəhər sakinlərinə döydürüb.
İsa Şükürov
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi