• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Roma papasını bu silahla vurumuşdular - SƏRGİ

  • Maraqlı
  • 19 Mart 2014 14:37
  • 916 Baxış
Roma papasını bu silahla vurumuşdular - SƏRGİ

Mehmet Ali Ağcanın keçmiş Papa 2-ci İohan Pavelə qarşı sui-qəsd cəhdində istifadə etdiyi silah ilk dəfə sərgilənəcək.İtalyanın Ədliyyə Nazirliyi tapançanı keçmiş Papanın məmləkəti Polşadakı bir muzeyə 3 illiyinə verib.

Xatırladaq ki, 13 May 1981-ci ildə Vatikandakı San Pietro meydanında edilən bir mərasim əsnasında Ağca Papanı qarınından vurmuşdu.Papa 2-ci İohan Pavel sui-qəsd cəhdindən sonra təxminən 3 həftə xəstəxanada müalicə aldıqdan sonra sağalıb.

Ağcanın dünyanı sarsıdan sui-qəsd cəhdində istifadə olunmuş “Browning” markalı tapançanı isə məhkəmə nəzarətə götürüb.

Bu hadisədən 33 il sonra silah ilk dəfə sərgilənmək üçün dünən Romada edilən bir mərasimdə Polşa səlahiyyətlilərinə təhvil verildi. Silah keçmiş Papanın doğum yeri olan Vadovik qəsəbəsindəki muzeyə çevrilən evində sərgilənəcək.

2-ci İohan Pavelin 27 apreldə müqəddəs elan edilməsi münasibətilə təşkil edilən sərginin açılışı 9 apreldə baş tutacaq.

2-ci İohan Pavel Muzeyindəki sərgidə sui-qəsd cəhdində istifadə olunan tapançanı yanında keçmiş papanın müalicə edildiyi Gemelli xəstəxanasənda istifadə olunmuş yatağı da olacaq.

Xatırladaq ki, sui-qəsd cəhdindən sonra Papa tərəfindən əfv edilən Mehmet Ali Ağca 2000-ci ildə Türkiyəyə ekstradisiya edilib.

Bu arada bəlli olub ki, Papa 2-ci İohan Pavel Parkinson xəstəsi olan bir rahibənin və beyin anevrizması keçirən bir qadını möcüzəvi şəkildə sağaltdığına inanıldığı üçün müqəddəs elan ediləcək.

27 apreldə ediləcək mərasimdə 2-ci İohan Pavellə bərabər Papa olmazdan əvvəl Türkiyədə vəzifə yerinə yetirdiyi və türk dostu kimi tanındığı üçün "Türk Papa" olaraq da xatırlanan keçmiş Papa 23-cü İohan da müqəddəslik mərtəbəsinə gətiriləcək.

C. Axundzadə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR