"Ermənilərin Bakıya kütləvi axın var.." -azərbaycanlı agentlərin tam SİYAHISI
Bizi izləyin

Bilgi.az

"Ermənilərin Bakıya kütləvi axın var.." -azərbaycanlı agentlərin tam SİYAHISI

Azərbaycanlı agentlərin tam SİYAHISI

(Yazının əvvəli ilə burda tanış olun: Krım tatarı Azərbaycan kəşfiyyatçılarına belə kömək etdi - Gizli tarix http://publika.az/p/11468)

Əksinqilab ilə Mübarizə Təşkilatı 9 aylıq fəaliyyəti dövründə (1919-cu ilin iyunundan 1920-ci ilin martınadək) burada bütövlükdə təxminən 77 nəfər çalışmışdı.

1.Ağalarov Miraslan H.Z.Tağıyev fabrikasında agent

2.Axundov Abdulla agent

3.Axmetyeva Zərifəxanım reminqtonist

4.Bağırzadə Süleyman agent

5.Beriya Lavrenti agent, senzura işi üzrə rəis

6.Bayramov Əli agent

7.Cavanbəyov Qəhrəmanbəy agent

8.Cavadov Allahqulu agent

9.Dadaşov Məmmədtağı Bakı şəhər rayon bölmə­si­nin rəisi (25.11.19)

10.Dadaşov Camal agent

11.Dombiy İsa agent

12.Emin Allahqulu agent

13.Əzimzadə Əhədulla agent

14.Əzimzadə Xeyrulla agent(13.06.19)

15.Əzimzadə Seyfulla Bakı şəhər rayon bölməsi­nin rəisi (13.06.19)

16.Əzizov Əziz Bala agent

17.Əzimov Əzim agent

18.Əliyev İslam Bakı şəhər rayon bölməsi­nin rəisi.(25.09.19)

19.Əliyev Ağa agent (16.01.20)

20.Əliverdiyev Həsən agent(16.12.19)

21.Fətəliyev Məmmədəli agent

22.Fatalova Anaida agent

23.Fatalova Liza senzor

24.Hacızadə Məmməd Bakı şəhər rayon bölməsi­nin rəisi (1.10.19)

25.Həsənov Seyid Həsən agent

26.Həsənov Heydar Bala agent

27.Hüseynqulu Muxtar oğlu H.Z.Tağıyev fabrikasında agent

28.Hüseynzadə İsgəndər agent (9.02.20)

29.Hüseynov Hüseyn agent

30.Həsənzadə Seyid Həsən agent

31.Hadı Qurban oğlu agent

32.İsmayılov Qasım baş agent,Bakı şəhər rayon bölməsinin rəisi (7.07.19)

33.İbrahimov Qulu agent

34.Katanov Mixayıl agent

35.Kuzmina Vera agent, makinaçı

36.Qurbanov Səfər H.Z.Tağıyev fabrikasında agent

37.Quliyev Qeybulla agent

38.Qrest... Vasili agent

39.Qoberidze Aleksandr xəfiyyə işləri üzrə rəis (20.10.19)

40.Mahmudov Əbdül Qafar dəftərxana direktoru

41.Mahmudbəyov Məmmədbəy kargüzar

42.Mahmudov Ağa Əli baş agent

43.Mahmudov Hüseyn agent

44.Mansurski Hüseyn agent (3.11.19)

45.Məmmədzadə Əkbər agent

46.Məmməd Hüseyn İsmayıl o agent

47.Məmmədova Məryəm agent

48.Məmmədov Bayram gözətçi (25.12.19)

49.Məlikov İsa agent

50.Mirzəyev Muxtar H.Z.Tağıyev fabrikasında agent

51.Musəvi Mir Fəttah rəis köməkçisi

52.Musayev Həbibulla agent

53.Nərimanov Müzəffər kargüzar köməkçisi, mühasib

54.Nəsirov Mirzə Ağa baş agent

55.Nuriyev Həbib agent

56.Rza Məşədi Hüseyn Qulu o agent

57.Rzayev İbrahim Məmmədqasım o agent

58.Rzayev Kazım Hacı o agent

59.Rzabəyov Baba gözətçi (21.06.19)

60.Rzabəyov Əskər gözətçi

61.Rza Məmməd oğlu gözətçi

62.Rzayev Əli Abbas mühasib

63.Rzayev Fəxrəddin agent

64.Sadıqov Mirza Baba agent

65.Sadıqov Ağəli agent

66.Səfikürdski Mahmud rəis köməkçisi

67.Sultanov A.V agent

68.Sultanov Haşım agent (7.12.19)

69.Şamçızadə Əli Razi agent, kargüzar köməkçisi

70.Şepelyova Taisiya agent

71.Şengeliya Aleksandr agent, rayon bölməsinin rəisi

72.Şeyxzamanlı Məmmədbağır rəis (iyun - avqust 1919-cu il)

73.Şeyxzamanlı Nağı rəis (avqust 1919 - mart 1920-ci il)

74.Tahirov Qəmbər Bakı şəhər rayon bölməsi­nin rəisi (25.11.19)

75.Tarıverdiyev Qulam kargüzar köməkçisi

76.Yusifxanov Müslümbəy agent

77.Zeynalabdinzadə Ağaəli agent, baş agent (7.12.19)

Şəxsi hey’ət tərkibinə görə əsasən azərbaycanlılardan, eləcə də ruslardan, ukraynalılardan, gürcülərdən və digər millətlərdən ibarət idi. Burada təkcə ermənilər təmsil olunmamışdı. Onları siyasi baxışlarından asılı olmayaraq Əksinqilab ilə Mübarizə Təşkilatının öyrənilmə obyekti hesab edirdilər. "Məxfi. H 303, 1917-ci il 7 avqust. Dövlət Müdafiə Komitəsi. Son vaxtlar çağırış yaşlı ermənilərin Bakıya güclü axını müşahidə edilir. Əks-kəşfiyyatçıların müəyyən etdiklərinə görə, həmin ermənilər buraya əsasən Gəncədən və Krasnovodskdan gəlirdilər. Bu barədə sizə mə’lumat verirəm. ƏMT-nin rəisi".

Təşkilatda həmçinin erməni dilini bilən tərcüməçi çalışırdı. O, ƏMT-dən başqa Hərbi Nazirliyin kəşfiyyat şö’bəsi tərəfindən də işə cəlb edilmişdir."Təcili. H 74/R 1919-cu il 23 oktyabr. Əks-kəşfiyyat şö’bəsinin rəisi. Qarşıya çıxan zərurəti nəzərə alaraq erməni dili bilən tərcüməçi gön­dər­mə­yi Sizdən xahiş edirik. Baş Qərargah" (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 1052, siyahı 1, iş 2, v.3).

Məmməd Cəfərli

(Ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm