• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qəzzafi və beynəlxalq neft şirkətləri – Bir qətlin tarixçəsi

  • Maraqlı
  • 23 Mart 2014 12:55
  • 4 055 Baxış
Qəzzafi və beynəlxalq neft şirkətləri – Bir qətlin tarixçəsi

Adıgözəl Məmmədov

1969-cu ilin sentyabrına qədər Liviyada neft yataqlarının kəş­fiy­yatı və işlənməsi üzrə konfessiya hüququna malik olan 50-yə­dək kompaniya fəaliyyət göstərirdi. Bununla yanaşı onlar yerli neft qanun­vericiliyini dəfələrlə pozmuşdular. Faktiki olaraq bu, "dövlət içində dövlət" idi və belə bir şəraitdə ölkənin əsl iqtisadi müstəqil­li­yindən danışmaq çətin idi.

Sentyabr inqilabından sonra Liviyanın rəhbəriliyinə keçmiş Müəmmər Qəzzafi ölkədə fəaliyyət göstərən xarici neft monopoliyalarına qarşı aktiv hücum başlamışdı ki, bu da onların mül­kiy­yə­ti­nin mərhələli şəkildə milliləşdirilməsi ilə nəticələnirdi.

1970-ci ilin martında Liviya Milli Neft Korporasiyası (LMNK) yara­dıldı ki, onun da səlahiyyətlərinə xarici firmaların birbaşa bu­ra­da fəaliyyət göstərən filialları vasitəsilə və müştərək kompa­ni­ya­la­rın işində payçı kimi iştirak etmək yolu ilə neftin kəşfiyyatı, çı­xa­rılması, emalı və satışı ilə bağlı olan bütün praktiki məsələlərin həl­li daxil idi. LMNK-nın əsas filialları "Arabian Qalf Oyl Kom­pa­ni" ("Acoko") və "Um Cavabi", eləcə də 1971-ci ildə yara­dıl­mış, 1973-cü ildə LMNK və onun filialları tərəfindən çıxarılan neftin və neft məhsullarının ixracına monopoliya hüququ verilən "Breqa Oyl Marketinq Kompani" idi.

Neft sənayesinin dövlətin nəzarətinə keçirilməsi prosesi kom­pa­niya əmlaklarının tamamilə və qeyd-şərtsiz müsadirə edilməsi for­ma­sına malik deyildi və lakin kəskin kon­fran­tasiya şəraitində baş verirdi; baxmayaraq ki, Liviyada fəaliyyət göstərən xarici kompaniyaların əmlaklarının milliləşdirilməsi təd­ri­cən və kompensasiya şəraitində həyata keçirilirdi.

1970-ci ilin iyulunda neft məhsullarının daxili satış şəbəkəsi, elə­cə də ixracı tamamilə milliləşdirildi. Elə həmin ildə də "Fillips"in (Amerika), 1971-ci ildə isə "Britiş Petroleum"un (İngil­tə­rə) Liviyadakı yataqları milliləşdirildi. 1973-cü ilin sentyabrında iri beynəlxalq monopoliyalardan "Eksson", "Mobil", "Teksako", "Şevron"un ("Stankal" filialı) mülkiyyətlərinin 51 faizinin mil­liləş­dirilməsi baş tutdu. Milliləşdirilmə həmçinin "Eksson"un bir sıra konsessiyalarında səhmlərin 50 faizinə malik olan Amerika­nın "Atlantik Riçfilds" və "Qreys" və "Mobil"in ortağı olan Qərbi Alma­niyanın "Qeizenberq" kompaniyalarını əhatə etdi. 1974-cü ilin fevralında Amerikanın üç kompaniyasının – "Teksako", "Stan­kal" ("Amosiz" qrupuna daxil olanlar), "Libien Ameriken Oyl", həm­çinin "Royal Datç-Şell" kompaniyalarının əmlakları mil­li­ləş­di­rildi.

Ardıcıl olaraq bütün prinsiplər həyata keçirilməyə başladı, mü­va­fiq olaraq neft təchizatı üzrə yeni müqavilə və sazişlər hər şey­dən əvvəl, transmilli kompaniyaları ilə deyil, alıcı ölkələrin höku­mət­ləri ilə, yaxud da onların milli neft firmaları ilə bağlanırdı. Li­viy­a Rumıniya, Türkiyə, AFR, İtaliya, Filippin, Hindistan, Qana, Yunanıstan, İspaniya və b. ölkələrlə bu cür müqavilələr bağ­la­mış­dı.

Liviyanın mövcud qanunvericiliyinə uyğun olaraq xarici neft kompaniyaları ölkədə öz əməliyyatlarını neftin hər növünə müva­fiq olaraq sorğu qiymətləri ilə çıxarılan neftdə öz payının şərti dəyə­rinin 16,67 faizi həcmində "royalti" ödənişlərini, həmçinin ixrac olunan neftin şərti dəyərinin 65 faizi həcmində vergi nəzərdə tutan konsessiya sazişləri şərtləri daxilində "royalti" və istehsal xərc­lərini çıxmaqla aparırdılar.

2000-ci ilin əvvəllərində konsessiya sazişləri bazasında Livi­ya­da 19 xarici neft kompaniyası fəaliyyət göstərirdi.

Liviyada LMNK ilə paralel surətdə fəaliyyət göstərən, hamıdan əvvəl milliləşdirilmiş monopoliya filiallarının aktivlərini saxlamış da­ha çox təsir imkanlarına malik kompaniya-operatorlar qrupu müştərək kompaniyaları təmsil edirdilər ki, burada da LMNK-nın iştirak payı 50 və daha yuxarı faizlə ölçülürdü. Bu, eləcə də müş­tə­rək kompaniyalar neftçıxarmanın 75 faizini, ixrac edilən neftin 30 faiz­dən çoxunu və maye qaz üzrə istehsal gücünün 10 faizini təşkil edirdi.

Qəzzafi dönəmində yeni iddiaçılara konsessiya icazəsi veril­mə­si dayandırıldı; kompaniyalar öz fəaliyyətini yalnız istehsalın pay bölgüsü ("prodakşn şerinq") haqqında əvvəllər bağlanmış, ya­xud da yenidən imzalanmış sazişlər əsasında həyata keçirə bilərdi. Bu sazişlər üzrə Liviya quruda çıxarılan neftin həcminin 85, opera­tor-kompaniya 15 faizini, quru şelfin işlənməsi ilə alınan neftin isə müva­fiq olaraq 81 və 15 faizini alırdılar. Öz növbəsində Liviya neft yataqlarının (ümumi həcmin 80-85 faizə qədəri) işlənməsi xərc­ərinin xarici neft şirkətləri faizlə dotasiyası üsulu ilə ma­liy­yə­ləş­dirilməsində iştirak edirdı.

Xarici şirkətlər bu sazişlərə müvafiq olaraq "royalti" ödəni­şin­dən və vergidən azad edilir, onlar çıxan neftdə Liviyanın payının hər­rac­larda alınması kimi üstün hüquqlarından yararlanır, aparılan və gətirilən mal və avadanlıqlar üçün gömrük rüsumlarından azad edilir, kapitallarını ölkədən kənara rahat göndərmək, binalar, neft boru­ları, yollar, limanlar və s. tikmək hüququna malik idilər. "Prodakşn şerinq" tipli sazişlər ilk dəfə olaraq 1974-1975-ci illərdə "Oksidentl", "Mobil Oyl", "Esso-Standart", "Ad-jip", "Petrobraz", "Alf Akiten" və b. ilə imzalanmışdı. 2000-ci ilin sonlarında, BMT-nin Liviyaya qarşı sanksiyalarının götürülməsindən sonra bir neçə kompaniya ("Britiş Petroleum", "Alf Akiten", "Total" və b.) da Liviyada əvvəlki şərtlərlə öz əməliyyatlarını bərpa etməyin müm­kün­lüyü barədə Liviya hökuməti ilə danışıqlara başladılar.

Qəzzafinin transmilli neft şirkətləri ilə qarşıdurmasına onun dəyərlər sistemi ilə baxdıqda həqiqətən də çox maraqlı bir psixo­lo­ji gərginliklə üzləşirsən. Şəxs ətrafa baxışı zamanı təkhakimiyyət­li­liyini sübut etməyə çalışır və ona qarşı ola biləcək alternativ qüv­və­nin formalaşa bilmə ehtimalı belə onu rahat buraxmır. Əslində xarici neft şirkətlərinin ölkədən çıxarılmasındakı əsas səbəblərdən də biri budur. Çünki Qəzzafi bu transmilli neft şirkətlərinin Afrika və ərəb ölkələrində onlarla razılaşmayan diktatorları necə zərərsiz­ləş­dir­diklərini yaxşı bilirdi. Ona görə də əndişə içərisindəydi. Məhz bu baxımdan da onların ölkədaxili siyasətdə yer almalarını istə­mirdi və ən əsası isə onun təkəbbürü heç bir diktəni qəbul et­mir­di. Ona yalnız mifi və qul psixologiiyasının daşıyıcısı olan ətraf və rəiyyət lazım idi. Ona yalnız onun fikrinin təftişsiz qəbulu və icrası lazım idi. O, bu mübarizədə hər bir avantüraya əl atmağa hazır idi. Ona görə də o, ilk əvvəl SSRİ-nin gücünə söykənərək demaqogik təbliğatla transmilli şirkətlərə qarşı savaş açdı. Kreml mərkəzli aparılan bu siyasət çox keçmədi ki, öz bəhrəsini verdi və bu transmilli şirkətlər ölkədən qovuldu. Amma SSRİ dağıldıqdan sonra meydanda tək qaldığını hiss edən Qəzzafi hakimiyyətinin ömrünü uzatmaq üçün yenidən bu transmilli şirkətlər şəbəkəsinə daxil olan qruplarla iş birliyinə başlayır. Dünənə qədər ifşa etdiyi "neft maqnatlarına söykənərək yenidən hakimiyyət"də möhkəm­lən­mək istəyir. Sosialist ideyalardan yavaş-yavaş geri çəkilmə və trans­formasiya proseslərinə start verilir. Kasıb bədəvinin həyat tərzində yaşadığını nümayiş etdirən Qəzzafinin övladları milyar­der­lərə çevrilirlər.

Ölkənin bütün sərvəti bu transmilli şirkətlərlə Qəzzafinin övladları arasında bölüşdürülür. Amma bütün bunlarla ya­naşı qoca diktator hələ də öz vərdişlərini saxlayırdı. Onun hə­ya­tı­nın ən başlıca meyarı olan avtoritar rejimini qorumaq və özünün qey­ri-adi bir insan olduğunu sübut etmək idi. Yalnız qoca diktator onu unudurdu ki, Liviya dünyanın bir parçasıdır və aparılan təb­li­ğat­lara baxmayaraq insanların həyat fəlsəfəsi bəşəri və insani dəyərlərlə formalaşırdı. Ona görə də aparılan təbliğat insanlarda artıq ikrah hissi yaradırdı. Liviya cəmiyyəti sosial partlayışa hami­lə idi. Amma qoca diktator bunları anlaya bilmirdi və bilməzdi də. Ona görə ki, onun təkəbbürü və özündən müştəbehliyi baş verən dəyişikliyi görməyə imkan vermirdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR