Napoleonun öldüyü gün geyindiyi paltarları satılır - FOTO
Bizi izləyin

Bilgi.az

Napoleonun öldüyü gün geyindiyi paltarları satılır - FOTO

Bu gün Parisdəki Osenat hərrac evində böyük imperator Napoleon Bonapartın şəxsi əşyaları satışa çıxarılacaq.

Satışa imperatorun ölüm günü geyindiyi köynək, ayaqqabı, şalvar, o cümlədən əlyazmaları və digər şəxsi əşyaları çıxarılıb. Geyimləri illər boyu Napoleonun köməkçisi Aşill Arşambo saxlayıb və yuyulmasına imkan verməyib. Arşambonun ölümündən sonra isə imperatorun geyimlərini onun ailəsi qoruyub.

Mütəxəssislər sərkərdənin batist köynəyini 30-40 min, manjetləri isə 8-10 min avro dəyərində qiymətləndirirlər. Bundan başqa, hərracda 2 dəsmal, fil sümüyündən hazırlanmış bıçaq və əsa nümayiş olunacaq./buro247.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm