Tağı Əhmədovun istirahət etdiyi Dubay hotellərində qiymətlər- Foto
Bizi izləyin

Bilgi.az

Tağı Əhmədovun istirahət etdiyi Dubay hotellərində qiymətlər- Foto

Tağı Əhmədovun istirahət etdiyi Dubay hotellərində qiymətlər- Fotolar

“Hamı kimi mən də bayramla əlaqədar ailəmlə birgə Dubaya gəlmişəm. Hazırda burda istirahət edirik. Burda ucuz hotel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə hoteli ucuz versin...Yaxşı hoteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən”.

Bu sözləri bir neçə gün öncə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov deyib.

Azərbaycanlılar üçün bir çox hallarda sərfəli və ekzotik istirahət məkanı kimi qələmə verilən Dubay barədə T.Əhmədovun dedikləri diqqət doğurdu. Bayram günlərində istirahət üçün bir neçə varianta müraciət edən imkanlı azərbaycanlılar üçün Dubay hər zaman seçimlər arasında olub.

Musavat.com. Əhmədovun sözlərindən çıxış edib, Dubayda istirahət turları və hotel qiymətləri ilə maraqlanıb. Dəqiqləşdirmə zamanı Dubayla bağlı bir neçə turpaketin olduğu məlum olub.

Onlardan biri 5 günlük (4 gecə hoteldə gecələmə) tur idi və qiyməti 670 manat idi. Sözügedən məbləğə ancaq səhər yeməyi, aviabilet, transfer və viza daxildir.

11.03.14-18.03.14 aralığında isə Dubaya 4 gecə 5 gün müddətində, 410 AZN-dən başlayan qiymətlərlə turlar elan edilmişdi. Qiymətə aviabilet, hotel (4 gecə/5 gün), transfer, sığorta, viza daxildir.

Bu arada onu da qeyd edək ki, zaman-zaman kampaniya çərçivəsində Bakı-Dubay-Bakı aviabiletləri 195 manat təşkil edib. Mart ayının əvvəlində belə kampaniyalar olub.

Yeni il bayramı zamanı Dubaya yeni il turu təşkil edən xeyli sayda turizm şirkəti olub. Daha çox 31.12.2013 - 03.01.2014 tarixlərini əhatə edən turların qiyməti 565-760 AZN arasında dəyişib. Qiymətə 3 gecə , 4 gün hoteldə qalma, qidalanma (səhər yeməyi ), uçuş biletləri, viza, transfer (qarşılama və yola salma), sığorta daxildir.

Dubay turları 3, 4 və 5 ulduzlu 44 hotel seçimi - 330 AZN-dən başlayan qiymətlərlə müştərilərə təqdim edilir. 5 ulduzlu hoteldə isə bu müddətdə istirahət 490 manatdır.

Keçək Dubayın ən bahalı hotellərinə. Hansında ki, dünya şöhrətli ulduzlar, multimillionerlər istirahət edir.

“The Armani Hotel” - Dubayda və Milanda yerləşən hotel klassik tərzdə dizayn edilib. 2 nəfərin bir gecəlik qonaqlama qiyməti 500-2500 AZN arasındadır. Hotelin Dubaydakı filialında 160, Milandakında cəmi 96 otaq var.

“Palazzo Versace” - Versacenin ağır, bol rəngli, naxışlı və qızılı tonlarında dizayn edilmiş hotelin bir gecəlik qiyməti 300-1500 AZN arası dəyişir. Avstraliya və Dubayda yerləşən hər iki hotel məşhurların sevimli məkanıdır.

“Burj əl-Ərəb” - dünyanın ən bahalı hotelləri sırasında yer alan 7 ulduzlu yelkən hotelin xüsusiyyətləri mərmər döşəmə, maun mebel, xüsusi kino, fırlanan yataq və müəyyən bir ödəniş qarşılığında “Rolls Royce” ya da vertolyot xidmətindən ibarətdir. Hotelin ucuz nömrələrində bir gecəlik qiymət 1000-6000 dollar təşkil edir. Daha bahalı nömrələrdə bir gecəlik qiymət isə 15.000 dollardan ibarətdir. Bu hotel Dubayın ən bahalı hotelləri siyahısında liderlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm