Öldürdüyü insanlara “siçovullar” deyirdi, çünki …. Müəmmər Qəzzafi
Bizi izləyin

Bilgi.az

Öldürdüyü insanlara “siçovullar” deyirdi, çünki …. Müəmmər Qəzzafi

Qəzzafinin uşaqlığı ağır və məşəqqətli olduğundan bu təssüratlar onun həyatının digər dövrlərində də öz dominantlığını qoruyub saxlayırdı. Babası Məhəmməd yarımçöl Liviya səhralarında heyvan ota­rar­kən nəvəsinə həmişə Ömər Muxtarın inqilabından, onun i

(Yazının əvvəli ilə burada tanış olun: O bədəvi oğlu: Müəmmər Qəzzafinin gerçək bioqrafiyası

http://publika.az/p/11987)

Qəzzafinin uşaqlığı ağır və məşəqqətli olduğundan bu təssüratlar onun həyatının digər dövrlərində də öz dominantlığını qoruyub saxlayırdı. Babası Məhəmməd yarımçöl Liviya səhralarında heyvan ota­rar­kən nəvəsinə həmişə Ömər Muxtarın inqilabından, onun italyan müstəmləkəçilərinə qarşı mübarizəsindən danışarmış. Balaca Müəmmərin təfək­kürün­də mübarizlik beləcə formalaşırdı. 6 yaşı olanda, birdən-birə Müəmmər oxumaq istəyir. Ata-ana təəccüblənir. 6 nəfər­lik ailədə heç kəsin savadı yox idi. Müəmmərin təkidlə oxu­maq istəməsi ailəsinə qəribə görünürdü. Amma psixoloqlar üçün bu, qəribə deyil... 9 yaşına kimi uşağın yalvarışlarına əhəmiyyət ve­ril­mir.

Babası onun "Quran"ı öyrənmək cəhdlərini görüb ürəyi sız­la­yır. Və öz payına düşən heyvanı sataraq Müəmməri məktəbə gön­də­rir. Məktəb Sirt şəhərində idi. M. Qəzzafinin ən çox psixoloji sarsıntı keçirdiyi dövr burada olur. Təhsil illərində yerli mək­təb­li­lər həmişə onu ələ salır, dolayır, aşağılayırdılar. Onun sinif yol­da­şı Miftəx Əli xatırlayırdı ki, biz üç nəfər idik. Çox kasıbdıq. Gecə gedib məs­cid­də qalırdıq. Çünki köçəri çadırları ilə o vaxt hələ qəsəbə olan Sirt arasında 30 km məsafə var idi. Hər həftənin şənbə günü Qəzzafi evlərinə piyada gəlir, bir həftəlik azuqə ilə ertəsi gün Sirtə qayıdırdı. Daha imkanlı şagirdlər tərəfindən aşağılanması Qəzza­fi­də adekvat psixoloji reaksiya doğurur. Bu cür hallarda insanda iki cür reak­si­ya ola bilər. İnsan qüvvətli tipdirsə, daha çox mübarizliyə doğru ge­dir, zəifdirsə, apatiyaya qapılır, geri çəkilir.

Qəzzafidə isə mübarizlik formalaşdı. Və bununlada o özünün üstün ol­du­ğunu sübut etməyə çalışdı. Ümumiyyətlə, Müəmmər Qəzzafi psixoloji cəhətdən özünü təs­diq üçün həmişə digərlərindən fərqlənməyə can at­acaqdı. Özünü təsdiq və digərlərindən fərqlənmə keyfiyyəti hə­ya­tı boyu onu müşayiət edəcəkdi.

Sonralar o, qələmə alacağı "Üçüncü ümumdünya nə­zəriyyəsi" ilə də digərlərindən fərqlənməyə çalışacaqdı. Ərəb birliyi ideyasını ortaya atanda da ərəb rəhbərlərindən fərq­lənməyə çalışmışdı. Yaxud, Kipr hadisələri zamanı ABŞ Tür­ki­yəyə embarqo qoyanda, o, Türkiyəyə kömək etməklə öz fərq­li­li­yi­ni sübut etməyə çalışmışdı. 2011-ci ilin fevral-mart aylarında Liviyada minlərlə etirazçı insanların qanını səhra çöllərinə tökdükdə də, yenə də digər ərəb diktatorlarından fərqlənəcəkdi. Qanına qəltan etdiyi bu insanlara da "siçovullar" deyəcəkdi.

Bax, budur Qəzzafinin psixoloji aspekti, psixoloji dəyərləndi­ril­məsi.

Qəzzafiyə qarşı hərbi kampaniya başlananda bir çox eks­pert­lər ilk əvvəl elə güman edirdilər ki, digər ərəb liderləri kimi o da geri çəkiləcək. Dəfələrlə "dəhliz" açıldı ki, hakimiyyətdən çə­kil­sin. Ancaq onlar Qəzzafinin psixologiyasını anlaya bilmə­miş­di­lər...

Ona görə ki, Müəmmər Qəzzafi həyatı boyu bir neçə kompleksdən əziy­yət çəkirdi. Bunlardan ən önəmlisi isə həmişə ona qarşı olacaq sui-qəsd fobiyası idı.

Qəzzafi hakimiyyətə gələndə adi "Folksvagen"də mühafizəsiz gə­zir və arvadı ilə birlikdə yerli super-marketdən bazarlıq edirdi. La­kin sonra Liviya liderinin həyat tərzi kəskin dəyişdi. Qəzzafi küt­lələrlə birbaşa əlaqəni minimuma endirdi və daimi yaşayış yeri ki­mi Əziziyyəni – Baş komandanlığın yerləşdiyi hərbi bazanı – onun iqamətgahı sayılan bədəvi çadır şəhərciyini seçdi.

Liviyalıların çox məhdud dairəsi öz liderini görürdü. Güclən­di­ril­miş postlar Qəzzafinin yerləşdiyi yerə hər hansı girişi yoxla­yır­dı­lar. Hər bir təhlükəsizlik işçisi də öz növbəsində, daimi olaraq fər­di izlənirdi. O, Əziziyyədən Tripoliyə gedəndə eyni vaxtda zi­reh­li maşınların müşayiəti ilə iki-üç cərgə avtomaşın da tərpənirdi. Liviya çevrilişinin lideri Müəmmər Qəzzafinin hansı cərgədə olduğunu heç kəs bilmirdi. Belə bir prinsip polkovnikin başqa bir ölkəyə uçuşu zamanı da gözlənilirdi. Havaya iki təyyarə qalxırdı. Bomba qoyulub-qoyulmadığını yoxlamaq məqsədilə hər iki təyyarə uçuşdan qabaq səmada bir neçə saat dövrə vururdu.

1 sentyabr 1969-cu ildə Əl-Qüds əməliyyatı adı altında həyata ke­çirilən hərbi çevrilişdə (sonradan bu çevriliş "inqilab" ad­lan­dı­rı­la­caq­dı) onunla bərabər iştirak etmiş bir çox hərbiçiləri həbs etdirəcək. Siyasətə dəvət etdiyi bir çox insanlara sonradan dözüm­süz­lük göstərib siyasi səhnədən sıxışdırıb çıxaracaqdı. Müəmmər Qəzzafinin hakimiyyətə gəlməyində və siyasi hakimiyyətinin möhkəmlənməyində xüsusi rolu olmuş Əbdül Səlim Cellud, Rifi əl Şərifi, Hüseyn Şərif, Məhəmməd Zulm, Məhəmməd Xəlil, Hadi Fədl və sairələrinin də siyasi səhnədə qalmasına imkan ver­mə­yəcək­di. Bütün inqilabçı dostları ilə qarşı çıxdığı monarxiya reji­min­də olduğu kimi hakimiyyəti öz oğlu Seyfül-İslam Qəzzafiyə ötürməyə cəhd edəcək və dövlətin əsas mənbələrini öz övladları arasında bölüşdürəcəkdi (Qəzzafinin birinci nikahından Əhməd adlı oğlu dünyaya gəlmişdi.

Qəzzafinin birinci xanımı Liviya monarxı İdris Sənusi dönəminin təhlükəsizlik nazirinin qızı Fatimə idi. Bir müddət keçdikdən sonra oğlunu özündə saxlayaraq onu boşayır. Polkov­ni­kin tənhalığı uzun çəkmir. Boşandıqdan iki ay sonra subaylığına son qoyulur. O, ömrünün sonuna qədər birlikdə yaşadığı, hərbi qos­pitalın tibb bacısı Şafiyə ilə evlənir. Qəzzafinin bu nikahdan bir qızı, beş oğlu dünyaya gəlir. Seyfül-İslam Qəzzafi Safiyədən olan oğlu idi-müəllif).

Artıq xalqa müraciətləri zamanı isə özünün adi bir insan olmadığını, Allah tərəfindən "seçilmişlərdən" olduğunu iddia etməyə başlamışdı.

Bax, Müəmmər Qəzzafinin əsl psixoloji durumu burada üzə çıxır.

Əslində bu hal bütün diktatorlara məxsus olan bir keyfiy­yət idi. Hamıya və hər şeyə şübhə ilə yanaşan diktator, bir qay­da olaraq, heç kimlə yaxın ola bilmir və tez-tez tənha qalır.

Diktatorlar daha çox iki pozuntudan əziyyət çəkirlər: Peyğəmbərlik iddiasına düş­məkdən və hamıya və hər şeyə şübhə ilə yanaşmaqdan. Peyğəmbərlik id­diası real hadisələr əsasında yaranır və gərgin emosionallıqla mü­şayiət olunur. Diktatorun düşüncəsində bu mübtəlalıq hök­mran mövqe tutur. Qəzzafi özünü "ərəb dünyasının məsihi, Məhəmməd (ə.s.) peyğəmbərin, İsanın və Musanın işlərinin davamçısı" elan edirdi.

Peyğəmbərlik iddiası – sərsəmləmə və səhv fikirlər ara­sın­da orta vəziyyətdir. Belə bir mübtəlalıq psixi xəstəlik olmasa da, lakin anormal hal hesab olunur.

Uydurma peyğəmbərlər isə həmişə eyni şeyi müxtəlif formalarda dəyişərək daima təkrarlayırlar. Öz fikirlərini hə­mişə təkrar-təkrar rəiyyətinin şüuruna yeritməyə ça­lış­­ırlar.

"Tarixi missiya" yerinə yetirən uydurma peyğəmbərlərə qarşı kütlələrdən tam sədaqətlilik gözlənilir. Milyonlarla insanın sərbəst dü­şün­cəsinin təhriki üçün KİV-in köməyi ilə təbliğat həyata keçirilir.

Hər şeydən əvvəl özləri haqqında bu obrazı yaradan dik­ta­tor­lar onlara qarşı söylənən iradlarla hesablaşmır və daima ha­di­sələri təhlil edirlər. Diktatorun fikrindəki bu hisslər hök­m­ran səciyyə daşıyır və onları amansız qisasçıya çevirir.

Onların ikinci psixoloji problemi paranoyyadır. Başqa söz­lə, o, həmişə hər kəsə və hər şeyə şübhə ilə yanaşan məxluqa çevrilir.

Diktatorun daxili təəssüratları, hissləri və duyğuları xarici müşahidələrdən kənarda qalır, onlar digər insanlara yaxınlaş­ma­ğa meyilli deyillər və qapalı olurlar, bu, diktator şizof­re­ni­ya­sıdır. Bu cür insanlar özlərinə həddindən ziyadə əmin olub baş­qa­larına şübhə ilə yanaşır və çox qürurlu olurlar.

Belə insanlar hər şeydən əvvəl, öz bacarıqlarını və əməyini çox yüksək qiymətləndirirlər. Həyati mübahisələrdə başqa­ları­nın fikirləri ilə hesablaşmır və hər zaman özlərinə haqq qazan­dı­rır­lar. Razılaşmayanları isə özlərinin düşməni hesab edirlər. Məhz bu şizoidal tipli diktator xüsusiyyətləri Qəzzafinin tipi ilə üst-üstə düşürdü.

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm