• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gənc qadın pişikdən şorba bişirdi - FOTOLAR

  • Maraqlı
  • 26 Mart 2014 12:42
  • 924 Baxış
Gənc qadın pişikdən şorba bişirdi - FOTOLAR

Çinin Weibo mikrobloqinq şəbəkəsində yayılmış fotolar ölkədə geniş rezonans doğurub. Quandun vilayətində yaşayan Li Çjinban adlı gənc qadın pişikdən hazırladığı şorbanın fotolarını yayıb.


Bu fotoları yayan qadına on minlərlə çinli nifrət dolu ismarıclar yollayıb. Onlar Li Çjinbanı manyak adlandırıblar, polisdən bu qadının həbsini tələb ediblər.


Çinin cənub əyalətlərində pişik əti yeyilir. Rəsmi hesablamalara görə, Cənubi Çində hər il 4 milyon pişik kəsilir və yeyilir.


Li Çjinbanın yaydığı fotolardan birində qəfəsdəki pişik əks olunub. Digər fotoda isə həmin pişikdən hazırlanmış şorba qazanı var. "Ey, baxın! Pələngi tutub yedim!", - qadın yazmışdı.


Li Çjinban daha sonra bildirib ki, pişiyi qəfəsdən çıxararaq asıb, boğub, şaqqalayıb və bişirib.


Lakin fotolar geniş rezonans doğurandan sonra Li Çjinban özünə haqq qazandırmağa çalışıb: "Bu pişik yaralı idi. Onsuz da öləcəkdi. Sadəcə, onun əzablarına son qoydum. Heç bir qanunsuz hərəkət etməmişəm".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR