Orduda “uniseks kazarma” - Gözlənilməz nəticə
Bizi izləyin

Bilgi.az

Orduda “uniseks kazarma” - Gözlənilməz nəticə

Norveçdə qadın və kişi əsgərlər eyni kazarmaya yerləşdiriləndən sonra təcavüz faktları azalıb.

“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Norveç ordusu üzərində aparılan araşdırmaya görə, qadın və kişi əsgərlərin bir kazarmada (uniseks kazarma – red) qalmağı təcavüz faktını azaldıb. Cinsi Araşdırmaların Məlumat Mərkəzi tərəfindən həyata keçirilən təcrübədə 10 qadın və 10 kişi əsgər bir müddət eyni kazarmaya yerləşdirilib.

Əsgərlər eyni rütbəlilər arasından seçilib. Araşdırmaçı Ulla Brit Lilleaas təcübə başa çatandan sonra: “Çox təəccübləndik. Uniseks kazarmaların təcavüz faktlarını azaltmayacağını, əksinə artıracağını düşünürdük”, -deyib və uniseks kazarmalarda əsgərlərin bir-birini bacı-qardaş kimi gördüyünü bildirib. Bütün təcrübə müddətində sadəcə, bir təcavüz faktı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm