Anadangəlmə kar qadın 40 yaşında eşitməyə başladı - Video
Bizi izləyin

Bilgi.az

Anadangəlmə kar qadın 40 yaşında eşitməyə başladı - Video

Anadangəlmə kar qadın 40 yaşında eşitməyə başladı - Video


Publika.Az Azadlıq radiosuna istinadən xəbər verir ki, Britaniyada anadangəlmə kar olan qadın 40 yaşında ilk dəfə eşitməyə başlayıb. Hər iki qulağına elektron implantant yerləşdirilmiş qadın tibb bacısının səsini eşitməyə başlayan kimi durmadan ağlamağa başlayır.

Onun anasının çəkdiyi video da sayta yerləşdirib.Qadının qulaqlarına yerləşdirilmiş implantantlar məsafədən idarə olunan pultla işə salınır.Qadın sonradan ilk təəssüratlarını bölüşərkən deyib:


“Son 48 saatda insanların necə güldüyünü, quşların civiltisini eşidirəm. Daha dostlarımın mənə müraciət etmələri üçün qoluma toxunub diqqətimi cəlb etmələrinə ehtiyac yoxdur. Bu, kar insanın həyatında ağlagəlməz bir dəyişiklikdir”.

İmplantantların tarixi 1950-ci illərdən başlasa da, son illərdə xeyli təkmilləşdirilib. Amma bu, karlığın yalnız bəzi növlərindən qurtulmağa imkan verir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm