İlk dəfə olaraq insan pişikdən vərəm xəstəliyinə yoluxdu
Bizi izləyin

Bilgi.az

İlk dəfə olaraq insan pişikdən vərəm xəstəliyinə yoluxdu

İlk dəfə olaraq insan pişikdən vərəm xəstəliyinə yoluxdu

Tarixdə ilk dəfə olaraq insan pişikdən vərəm xəstəliyinə yoluxub. Hadisə Böyük Britaniyada baş verib və ehtimal olunur ki, vərəmin mənbəyi porsuqlardan gəlir.

Adı açıqlanmayan iki nəfər evdə saxladıqları balaca pişikdən yoluxub. Digər pişiyin iki sahibi isə vərəmin passiv formasına yoluxub. Artıq bir həftə içərisində 9 pişik vərəm xəstəliyinə yoluxub. Xəstə pişiklərdən altısı ölüb, ikisi sağ qalıb, biri isə qaçıb. Pişiklərdən yeddisində cırmaq izlərinin olması onların porsuqlarla vuruşmasını sübuta yetirir.

Əvvəllər də həkimlər insanların pişiklərdən vərəm xəstəliyinə yoluxa biləcəyi haqqında xəbərdarlıq ediblər, lakin bu insanın pişikdən vərəm xəstəliyinə düçar olması ilk haldır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm