9 yaşlı azərbaycanlı Rusiyanın milyonluq layihəsində
Bizi izləyin

Bilgi.az

9 yaşlı azərbaycanlı Rusiyanın milyonluq layihəsində

Moskvada yaşayan 9 yaşlı azərbaycanlı hər həftənin çərşənbə axşamı saat 21:00-da “Rossiya-1” telekanalında yayınlanan “Türkiyə keçidi” (“Turetckiy tranzit”) serialına çəkilib.

Türkmənistanlı rejissor Murad Əliyevin Vladimir Qrinkovun eyniadlı dedektiv romanı əsasında çəkdiyi “Türkiyə keçidi” serialı milyonlarla büdcəsi olan reytinqli serialdır.

Moskvadakı 900 nömrəli məktəbin 2-ci sinif şagirdi olan Camal Qurbanovun bu seriala çəkilməsi təsadüfi olmayıb. O, yüzlərlə həmyaşıdı arasından seçilib.

“Türkiyə keçidi” serialında qadağan olunmuş malı Türkiyə ərazisindən Rusiyaya keçirən mafiyadan bəhs edilir. Serialda əkiz bacılardan biri olan Tanya türk mafiozunun pulunu qaçırıb köhnə qəbiristanlıqda gizlədir. Onu mafiya hər yerdə axtarırkən bacıların o biri tayı - Palina Türkiyəyə istirahətə gəlir. Əsl olaylar bundan sonra başlanır. /“Axar.az”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm