“Mən Allahın səhvlərini düzəldirəm” - Fotolar
Bizi izləyin

Bilgi.az

“Mən Allahın səhvlərini düzəldirəm” - Fotolar

“Mən Allahın səhvlərini düzəldirəm”- Fotolar

Həkim Kim Seok-Kvun ölkəsinin mühafizəkar olmasına baxmayaraq qadın kimi doğulmuş Buddist rahibə qadın cinsiyyət orqanından kişi cinsiyyət orqanına dəyişən əməliyyatı həyata keçirtməsi üçün işə başlayıb. “Cənubi Koreyanın trans əhalinin atası” kimi tanınan Protestant mömin bu cür hallarla bir neçə dəfə də qarşılaşıb.

Rahibin cinsini dəyişən 61 yaşlı Kim müsahibəsində bildirib ki, o, Allahın iradəsinə qarşı çıxmağa qərar verib və qadın bədəni ilə doğulmuş rahibi kişiyə çevirib. O, qeyd edir: “Əvvəlcə Allaha qarşı çıxdığım üçün əzab çəkirdim. Lakin bu əməliyyatı etməsəydim, onlar özlərini öldürə bilərdilər”.

Ölkəsində cinsiyyətin dəyişdirilməsi əməliyyatı pis qarşılanır, lakin bununla belə, həkim 28 illik təcrübəsi müddətində 320 insanın cinsini dəyişib. Kim Cənubi Koreya ölkəsinin cinsi əməliyyatı həyata keçirdən yeganə həkimdir.

Buddist məbədində yaşanacaq təhqirlərindən uzaq olmaq üçün adı açıqlanmayan rahibə 11 saatlıq əməliyyat olunub. Həkim bildirir ki, qadın bədənində doğulmuş rahib hormonal müalicə qəbul edib və uzun müddət kişi kimi yaşayıb.

İlk dəfə 1980-cı ildə Kim cinsiyyəti dəyişən əməliyyatları həyata keçirərkən protestant keşiş tərəfindən etirazla qarşılanıb. Onun dost və tanışları həkimi cəhənnəmə gedəcəyi ilə hədələyiblər. İndi isə həkim səhv bədəndə doğulmuş insanlara kömək etməkdən həzz alır. O, inanır ki, “Allahın səhvi”-ni düzəltməklə məşğuldur.

“Bəzi insanlar cinsiyyət orqanlarısız, dodaqsız, qulaqsız, bitişik barmaqlı doğulur. Nə üçün Allah onları belə yaradır? Məgər bu, Allahın səhvi deyilmi?”- Kim deyir.

Cənubi Koreyada Konfusiçilik inancları uşaqların valideynlərindən aldıqları bədənlərinə ziyan yetirməsinə qarşıdır.

Cənubi Koreyanın Busan şəhərində işləyən həkim Kimə 1986-cı ildə qadın paltarı geyinmiş bir kişi gizlincə yaxınlaşaraq kişi cinsiyyət orqanının qadın cinsiyyət orqanı ilə əvəzlənməsini istəyib. Bundan sonra onun kişi orqanı kəsilib götürülüb.

Həkimin ən məşhur əməliyyatı isə 2007-ci ildə Koreyanın məşhur trans televiziya aparıcısını kişidən qadına çevirməsi olub.

Harisu adlı televiziya aparıcısı qeyd edir ki, bu əməliyyatdan sonra qurşağında ağrılar dözülməz idi, lakin xəstəxananı tərk edərkən özünü yenidən doğulmuş kimi hiss edib. Özünü Su Pərisi ilə müqayisə edən Harisu deyir ki, o, özünü Pəri sudan çıxmaq üçün balıq quyruğunu qurban verərək insanlar arasına çıxdığı kimi hiss edib.

Kişidən qadına çevirən əməliyyatın qiyməti 10 min dollardan 13 minədək dəyişir. Ən çətin əməliyyat hesab olunan qadından kişiyə çevriliş isə isə 29 min dollardır.

Bir çox cinsi əməliyyat etdirən xəstələr bunu ölüm-dirim əməliyyatı hesab edir. Transseksual televiziya aparıcısı Harisu cinsini dəyişməmişdən əvvəl əməliyyat zamanı ölə biləcəyini və bunda həkimin məsuliyyət daşımayacağı haqqında vəsiyyət məktubu da yazıb.

Harisu: “Əgər mən cinsimi dəyişməsəydim, artıq ölü idim. Kişi orqanlarıma baxmayaraq, mən qadın idim. Mən bu orqanlarla ömrümün axırına kimi yaşamaq istəmirdim. Mən qadınam və qadın kimi də yaşamaq istəyirəm”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm