Öz kəşflərinin qurbanı olan ixtiraçılar
Bizi izləyin

Bilgi.az

Öz kəşflərinin qurbanı olan ixtiraçılar

Bir çox məşhur ixtiraçılar öz ixtiralarının qurbanı olub

1-Uilliam Bullok kəsintisiz işləyən mətbəə maşınlarının ixtiraçısı olub. 1867-ci ildə çox güman ki, kağız maşına ilişib və ixtiraçı maşını təpikləməyə başlayıb. Beləliklə, ayağı maşında qalaraq infeksiya keçib. Nəticədə infeksiya bağlayan yara qanqren olub və sürətli bir ölüm.

2-Uilliam Nelson “General Electric” üçün işləyən 24 yaşlı ixtiraçı olub. Nelson icad etdiyi motorlu velosipedi test üçün sürəndə qəzaya uğrayıb və həlak olub.

3-Henri Smolinskinin bir məqsədi var idi, o da uçan avtomobil icad etmək. 1973-cü ildə özünün yaratdığı AVE MIZAR-ın prototipini test edərkən həlak olub.

4-Horace Lauson Hunley Hunley 1863-cü ildə ilk sualtı müharibə gəmilərini hazırlayanda bunun iki faciəyə birdən səbəb olacağını bilmirdi. İlk dizaynı batıb və içindəki heyətin yarısı ölüb. İkincisi də batıb, amma bu dəfə Hunley özü də gəminin içində idi.

5-Aleksandr Boqdanov qan transferi yolu ilə cavanlaşacağına inanırdı. 1928-ci ildə öz üzərində keçirdiyi 12-ci test zamanı səhv qan tipinə görə vəfat edib.

6-Harri K. Daglian Jr. və Luis Slot adlı iki ixtiraçı fizik Manhattan Layihəsi üçün plutonium üzərində təcrübə keçirib. Öldürücü dozada radiasiya qəbul etdiklərini bşa düşməyiblər və növbə ilə 1945 və 1946-cı illərdə ölüblər.

7- Karel Sousek əslində professional dublyor idi, amma içində ixtira sevgisi var idi. Hündürdən tullanmaq üçün avtomobil ixtira edən Sousek bu qəribə qırmızı avtomobillə Niaqara şəlaləsindən tullanmağı bacarıb. 1985-ci ildə də eyni nümayişi nəhəng bir stadionda göstərərkən maşın düzgün işləməyib və Sousek sürətlə yerə düşüb və həlak olub.

8-Maks Valier maye yanacaqla işləyən raketlərin ixtiraçısı olub. 1930-cu ildə spirtlə işləyən raketin yanacaq tankının partlaması nəticəsində ölüb.

9-Tomas Andrevs 1912-ci ildə batan Titanikin baş memarı olub. Andrevs təbii olaraq gəminin ilk səfərinə qatılmışdı və hazırladığı gəmi ilə birlikdə okeana qərq olub.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm