88 yaşlı II Yelizaveta at belində - FOTO
Bizi izləyin

Bilgi.az

88 yaşlı II Yelizaveta at belində - FOTO

İngiltərə Kraliçası II Yelizaveta gənclik həvəsindən əl çəkə bilmir.


Gələn ay 88 yaşını qeyd etməli olan İngiltərə Kraliçası II Yelizaveta at minmə həvəsindən imtina etmir.



1930-cu ildə ilk atı "Peqqi" ilə at minməyə başlayan Kraliça ötən günlərdə Vindsor qalasının ərazisində günəşli havanın olmasından istifadə edərək, ən sevdiyi poni olan "Karltonlima Emma" üzərində gəzintiyə çıxıb. Kraliçanın gəzintisində Kraliyyət mehtəri Terri Pendri ona yoldaşlıq edib.



İngiltərə Kraliçası II Yelizaveta uşaq yaşlarından etibarən at minməyə başlayıb. Kiçik yaşlarında ikən at minmə təhsili alan kraliçanın yaşının çoxalmasına baxmayaraq, hobbilərindən əl çəkməməsi təqdirlə qarşılanıb. Lakin kraliçanın ata minərkən kaska yerinə ipək bir yaylıq taxmağı isə tənqid edilib.



Kraliyyət nümayəndələri kraliçanın dizindəki problemlər səbəbiylə artıq daha az ata mindiyini və ümumiyyətlə böyük atlar yerinə daha asan nəzarət edə biləcəyi poniləri seçməyə başladığını söyləyib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm