Bilgi.az
Nyu-Yorkda kilsə məscidə çevriləcək
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhər şurası müsəlmanlara keçmiş katolik kilsəsini məscidə çevirməyə icazə verib.
Şəhər şurasının qərarına əsasən, qotik üslubda inşa edilən Müqəddəs Üçlük katolik kilsəsinin damından və zirvəsindən 6 ədəd xaçın götürülməsinə və binanın məscid kimi istifadə edilməsinə icazə verilib.
Qərarın verilməsi ərəfəsində bəzi yerli sakinlər
və kilsənin keçmiş ziyarətçiləri xaçların çıxarılmasına qarşı
çıxmışdılar. 200-dən çox adam onlayn-petisiyanı imzalamışdı.
Petisiyada deyilirdi ki, 100 il əvvəl alman mühacirlər tərəfindən
inşa edilmiş keçmiş Müqəddəs Üçlük katolik kilsəsi Nyu-York
şəhərinin görməli yerlərindən biri və memarlıq abidəsidir. Lakin
şəhər şurasının rəhbəri qurumun dini etiqad azadlığına toxunan
məsələlərə müdaxilə etmək hüququna malik olmadığını bəyan
edib.
Məscidə çevriləcək kilsə ziyarətçilərin sayının
kəskin azalması ilə əlaqədar 2010-cu ildə bağlanmış, ötən ilin
dekabrında isə tikili müsəlman immiqrantların problemləri ilə
məşğul olan qeyri-kommersiya təşkilatı tərəfindən
alınmışdı./BBC
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır