Oğlan ögey qardaşını ölümdən xilas etdi
Bizi izləyin

Bilgi.az

Oğlan ögey qardaşını ölümdən xilas etdi

Oğlan ögey qardaşını ölümdən xilas etdi


ABŞ-ın Texas ştatında 5 yaşlı bir uşağın öz doğma atası və ögey anası tərəfindən uzun müddət pilləkənin altındakı şkafda saxlanıldığı, işgəncə verildiyi və ac saxlanıldığı məlum olub. Publika.Az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, uşağın ögey olan böyük qardaşı qardaşının orada saxlanılmasına qarşı çıxıb, ata ilə mübahsə edib və polisə məlumat verib.

Polislər uşağı zəif və əldən düşmüş halda evin içindəki pilləkənin altındakı boşluqda yaradılmış kiçik şkafda tapıblar. Polis uşağı görəndə dəhşətə gəlib. Belə ki, uşağın aclıqdan və zəiflikdən sümükləri üzə çıxıb, bədəninin çox yerində çürümə əmələ gəlib.

Kiçik uşağın atası və ögey anası polis tərəfindən saxlanılıb. Qəddar ata həbs edilib, ögey ana Tammi Bleymeyer isə 2 min dollar pul cəzası ilə azadlığa buraxılıb.

Doğma atanın qəddarlığı təəccüb doğurur, ögey qardaşın insanlığı ....

Oxumağa davam et
Reklam
Reklam

Gündəm