• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sovet dövrünün əfsanəvi oğrusu haqda reportaj - Video

  • Maraqlı
  • 7 Aprel 2014 07:31
  • 1 685 Baxış
Sovet dövrünün əfsanəvi oğrusu haqda reportaj  - Video

Sovet dövründə Bakının əfsanəvi oğrularından olan və "Qızılbarmaq Fatma” kimi tanınan Fatma Əliyeva 70 yaşında MDB-nin dövlətlərarası "MİR” telekanalının əməkdaşı ilə söhbətləşib.

Virtualaz.org saytı xəbər verir ki, reportajda vaxtilə barəsində roman yazılan, bədii film çəkilən, zərgərləri, deputatları, həkimləri, digər imkanlı şəxsləri soyan "Qızılbarmaq Fatma”nın hazırda Bakıda bomj kimi yaşadığı bildirilir. Deyilir ki, o, hazırda gecələmək və yemək üçün köhnə evlərin arasında dolaşır.

"O, zahirən köməksiz qoca qarıdır. Lakin zahiri görkəm aldadıcıdır. Fatma Əliyeva residivistdir. Bu qadın həyatının üst-üstə 40 ilini həbsxanada keçirib. Onu on dəfələrlə oğurluğa və fırıldaqçılığa görə mühakimə ediblər” - deyə reportajda bildirilir.

"Mən yaşadıqlarımı heç kimə arzu etmirəm. Sibirin islah əmək düşərgələrində də yatmışam. Orada tayqada dondurucu soyuqda ağac qırırdıq. Ən dəhşətlisi canavarların necə ulaşdığını eşitmək idi. Silahlı həbsxana nəzarətçiləri olmasaydı, canavarlar bizi parçalayardı” - deyə məşhur oğru bildirib.

F.Əliyeva valideynlərini uşaq yaşlarında itirib. Məktəbə getməyib. Yeniyetmə yaşlarında bazarda qanunsuz ət alveri ilə məşğul olub. 13 yaşında məşhur Bakı oğrusu Rübabə ilə tanış olub, ondan oğurluğun sirlərini öyrənib.

"Bakıda Sabir adına bağ var idi. Bütün kriminal avtoritetlər ora toplaşırdı. Biz oğurladıqlarımızın hamısını onlara verirdik. 90 faiz bandanın başçılarına çatırdı, 10 faizini isə bizə verirdilər” - deyə qadın uzaq 50-ci illərin kriminal Bakısını xatırlayıb.

Aprelin 5-də 70 yaşı tamam olan "Qızılbarmaq Fatma” ad gününü çörək, ət, duz, su və siqaretlə qeyd edir. Bütün bunları o, borca alıb. "Qızılbarmaq”ın qəpik-quruş pensiyası ona bəs etmir. Bir az qonşular kömək edir. Axı çoxları xatırlayır ki, Fatma vaxtilə əsl Robin Qud kimi davraıb oğurladıqlarını kasıblara necə paylayırdı...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR