Varlı ərəb şeyxlərinin yoxsul həyat yoldaşları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Varlı ərəb şeyxlərinin yoxsul həyat yoldaşları - FOTOLAR

Hamıya məlumdur ki, şərq hökmdarlarının həyat yoldaşları "Min bir gecə nağılları"-ndakı kimi saraylarda yaşayır, brend markaların xüsusi olaraq onlar üçün hazırladığı dəstləri geyinir və bahalı maşınlarda gəzirlər.

Son vaxtlar şərq hökmdarlarının, şeyxlərin həyatı haqqında çəkilmiş seriallar böyük populyarlıq qazanıb. Biz varlı ərəb şeyxlərinin real həyatda necə həyat yoldaşı seçdiyini aydınlaşdırmaq qərarına gəldik. Məlum oldu ki, ərəb şahzadələri kasıb ailənin qızları ilə evlənməyə üstünlük verir.

Publika.az-ın "Te amo" layihəsinin bu yazısında oxucuları kasıb ailənin sadə qızlarına vurulan ərəb şeyxlərinin beş real məhəbbət əhvalatı ilə tanış edəcəyik.

1. Şahzadə-ofisiant Natalya Əliyeva

Наталья Алиева

Belarusiyalı Natalya Əliyeva ilə Dubay hökmdarının qohumu, milyarder, siyasətçi və idmançı, şahzadə Səid əl-Məktumun evlilik tarixçəsi olduqca heyrətamizdir. Məsələ ondadır ki, bu cütlük tanışlıqdan cəmi 6 gün sonra evlənməyə qərar verib. Natalya tələbə olarkən Minskin ən yaxşı otellərindən birində ofisiant işləyib. Cütlük Minskdə atıcılıq yarışlarında tanış olub. Minskə bir neçə günlük səfərə gələn şahzadə vətənə həyat yoldaşı ilə birlikdə qayıdıb. Yeri gəlmişkən qeyd edək ki, Natalya şahzadənin ikinci həyat yoldaşıdır.

Natalya evləndikdən sonra müsəlmanlığı qəbul edib, adını da dəyişib şahzadə Əl-Məktum Ayişə qoyub. İndi o, kiçik mənzildə deyil, təmtəraqlı kral sarayında yaşayır, adi ev pişiyini isə saray leopard əvəz edib. Bu yaxınlarda Natalya ilə Səidin ilk övladı da dünyaya gəlib.

2. Şahzadə-mühəndis Lalla Sama

Принцесса-инженер Лалла Салма

Лалла Сальма

Mərakeş kralı VI Məhəmmədin həyat yoldaşı 1978-ci ildə müəllim ailəsində doğulub və üç yaşında yetim qalıb. Onu nənəsi böyüdüb. Lalla mühəndislik üzrə təhsil alıb, eyni zamanda Mərakeşin (Omnium Bu Africa) ən böyük özəl korporasiyalarında öz ixtisası üzrə işləyib. O, kralla nikaha qədər bu vəzifədə çalışıb. Gələcək əri ilə 1999-ci ildə özəl dəvətdə tanış olub.

Qaydalara əsasən Lalla kraliça ola bilməz, amma kral ilə evlilik ona Mərakeşin əlahəzrət birinci xanımı statusunu qazandırıb. Lalla xeyriyyəçiliklə məşğul olur, tədbirlərdə həyat yoldaşını müşayiət edir və iki uşaq böyüdür. Maraqlıdır ki, ərəb hökmdarlarının xanımları müasirliyi ilə fərqlənir. Onların bəziləri krallıqda vüsət alan şərq stereotiplərini rədd edərək baş örtüyü bağlamır.

3. Kraliça-polkovnik Raniya Əl Abdulla

Королева-полковник Рания Аль Абдулла Рания Аль Абдулла

Raniya Küveytdə pediatr ailəsində doğulub. 90-cı illərin əvvəllərində ailəsi ilə birlikdə İordaniyaya köçüb. O, "Apple" şirkətində, sonra isə bankda işləyib. İordaniya vəliəhdi Abdulla ilə məhz bankda işləyən zaman tanış olub. Raniya və Abdulla tanışlıqdan dörd ay sonra 1993-ci ildə ailə qurub. 1999-ci ildə əri kral elan edildikdən sonra Raniya da 29 yaşında kraliça statusunu qazanıb. Raniya dörd uşağı və əri ilə birgə kral sarayında yaşayır. Siyasətlə, xeyriyyəçiliklə məşğul olur və Yaxın Şərqdə qadın hüquqları uğrunda mübarizə aparır. İordaniya kraliçası yaylıq bağlamır, qərb üslubunda geyimlərə üstünlük verir və dünyanın ən zərif xanımlarından biri sayılır. Şərq kraliçası haqqında digər maraqlı fakt ondan ibarətdir ki, o, şokolad dəlisi və 4 uşaq anası olmasına baxmayaraq, qüsursuz bədən quruluşuna malikdir. 44 yaşlı İordaniya kraliçası Raniya hər il planetin ən gözəl kral xanımları siyahısına olur. 2004-ci ildə isə əri ona İordaniya ordusunun yeni, rəsmi polkovniki rütbəsini "hədiyyə edib".

4. "Boz kardinal" Şeyxa Moza Bint Nasir əl Minsed

Моза Бинт Насер Аль Миснед Моза Бинт Насер Аль Миснед

Qətər əmirinin 3 həyat yoldaşından ikincisi – Şeyx Moza Qətərdə anadan olub və 18 yaşına qədər Misirdə yaşayıb. 18 yaşında Qətərin vəliəhdi Hamad bin Xəlifəni-əl-Tani ilə evləndikdən sonra vətənə qayıdıb. Şeyx Moza ilə Hamad bin Xəlifəni-əl-Tanidən beş oğlu, iki qızı var. Şeyx Moza əri Təmim bin Həməd Al Taninin hakimiyyətə gəlişi ilə cəmiyyətdə qadınların vəziyyətini yüngülləşdirən bəzi islahatlar həyata keçirib. Məsələn, qadınlara səsvermə hüququ verilib. Onlar həmçinin avtomobil idarə etmək və geyim seçimi hüququnu ələ ediblər. Xanım şeyx Moza 1995-ci ildə Qətər Elm, Təhsil və İctimai İnkişaf Fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və Ailə Məsələləri Üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilib. Hazırda o, Veil Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür.

Moza mütəmadi olaraq dünyanın ən gözəl geyinən qadınlarının siyahısına başçılıq edir, eləcə də ərəb dünyasının ən nüfuzlu nümayəndələrindən biri sayılır. Yuxarıda sadaladığımız ərəb şeyxlərinin xanımlarından fərqli olaraq, Moza qapalı şərq geyimlərini, ənənəvi parlaq makiyajı çox sevir.

5. Fatimə Gülsüm Zoar Qodabari kraliça-tapmaca

Фатима Кульсум Зоар Годабари

Səudiyyə Ərəbistan kraliçasının həyatı haqqında heç kim danışmır və yazmır. Lakin Fatimənin şəkilləri ilk dəfə internetdə yayıldıqdan sonra müzakirə mövzusu olub. Fatimə baş örtüyü ilə gəzir, sırf şərq geyimləri geyinir və ölkənin ictimai-siyasi həyatında demək olar ki, iştirak etmir. Lakin internetdə vaxt keçirməyi xoşlayır. Kraliça mütəmadi olaraq bloqda və feysbukda öz şəkillərini paylaşır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm