Gizli saxlanan bu ixtiralar bütün dünyanın taleyini dəyişə bilər
Bizi izləyin

Bilgi.az

Gizli saxlanan bu ixtiralar bütün dünyanın taleyini dəyişə bilər

XX əsr elmi ixtiralar və kəşflər əsri adlandırılır. Bu əsrdə dünya elmi özünün heç vaxt qət etmədiyi bir pilləyə çatdı. Elə bu izafi inkişafın nəticəsində XX əsr iki dünya müharibəsinin şahidi oldu. Dünyanın siyasi xəritəsi tamamilə dəyişdi. Bu proseslər hazırda yaşamaqda olduğumuz XXI əsrdə də davam edir. Dünya yarıaşkar - yarıgizli tərəflər arasında bölüşdürülür və idarə edilir. Elə həmin idarəçilər bəşəriyyətin məhvinə yönəlmiş icadları qabartmaqla yanaşı, onları məhv etmək gücündə olan kəşfləri insanlardan gizli saxlayırlar.

Bu yazıda insanlardan gizli saxlanılan və bütün dünyanın düzənini dəyişdirəcək icadlar barəsində məlumatlar yer alır:

Starlite- 1980-ci ildə həvəskar kimyaçı M. Vard tərəfindən icad edilib. Mühəndis öz icadının nüvə partlayışlarına qarşı davamlı olduğunu iddia edirdi. Onun bu kəşfini, plastik maddə və polimerlərdən ibarət olan Starlite maddəsini sınamaq qərarına gəldilər. Yumurtanı ora qoyaraq 1200 dərəcə istinin içində saldılar. Nəticə heyrətamiz idi: Starlitenin sayəsində 1200 dərəcəlik istidə adi yumurta belə bişməmişdi.

İkinci sınaq isə, daha dəhşətli idi. Maddə bu dəfə 10000 dərəcə temperaturda yoxlanıldı. Sınaq bu dəfə də müsbət nəticə verdi.

Lakin 2011-ci ildə ixtiraçının ölümündən sonra onun bu heyrətamiz ixtirası heç zaman olmamış kimi yoxa çıxdı. Görünür, o bəzi qüvvələrə sərf etmirdi.

Oql mühərriki- Əgər bu ixtira dünyanın neft maqnatları tərəfindən gizli saxlanılmasa idi bütün insanların rifahına xidmət edəcəkdi. Çünki bacarıqlı mühəndis olan Oql 1970-ci ildə öz maşını üçün xüsusi mühərrik düzəltdi. Bu mühərrik benzinə olmazın dərəcədə qənaət etmə imkanın malik idi. Oql mühərriki sınaqdan keçirdi. 325 km məsafəyə cəmi 7,5 litr yanacaq sərf olundu. Lakin bu benzin krallarını qane etmirdi. Onların milyonları bata bilərdi. Odur ki, sadə mühəndis olan Oqlun bu icadını gizləmək onlar üçün çətin olmadı.

Keçmişə səyahət maşını- 1950-cı ildə italyan rahib P. Ernetti guya keçmişə səyahət edə bilən bir makina hazırladığını iddia edirdi. O zaman rahibin sözləri ciddi qarşılanmamışdı. Amma müəyyən müddət keçdi və rəsmi Vatikan Ernettinin bu icadı ilə maraqlanmağa başladılar. Bir kabinədən və əlavə cihazlardan ibarət olan cihazla Ernetti İsa peyğəmbərin zamanına səyahət etdiyini və oradan fotolar çəkdiyini də qeyd edirdi. İnsanlar ona inanmışdılar. Amma rahib ölərkən Vatikan kilsəsindən həmin maşını məhv etməyi xahiş etdi. Onun sözünə əməl etdilər...

Teslanın ölüm şüası- böyük fizik olan Nikola Tesla ömrünün sonuna ən ölüm şüası saçan silah hazırladı. O, bu silah vasitəsilə uzun məsafədən, hətta təyyarənin uçuş məsafəsində olan maneələri məhv edəcəyini deyirdi. Lakin bəşəriyyətin rifahı naminə bu icadını gizli saxladı. Dünya liderləri dəfələrlə Tesladan bu silah barəsində ətraflı məlumat verməsini xahiş etdilər. Amma alim hər dəfə onların təklifini rədd etdi. Beləliklə, Teslanın ölümündən sonra bu dəhşətli silah da həyata qovuşmamış məhv oldu. (moderator. az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm