• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Barbi” qızdan yeni açıqlama - Foto

  • Maraqlı
  • 8 Aprel 2014 16:54
  • 1 022 Baxış
“Barbi” qızdan yeni açıqlama - Foto

“İnsan Barbi” hesab olunan Valeriya Lukyanova iddia edir ki, irqlərarası cütlüklər insan irqini daha da kifirləşdirir və cərrahi əməliyyata yol açır.

Ukraynadan olan 28 yaşlı “Barbi” gəlinciyinə oxşar model qəzetlərin birində verdiyi müsahibəsində deyir: “İndi bir çox etnik xalqlar bir-birinə qarışıb və onların tənəzzülü baş verir. Bu isə belə olmalı deyildi. 1950 və 1960-cı illərdə cərrahi əməliyyatsız nə qədər gözəl qadınların olduğunu xatırlayırsınızmı? Və indi isə tənəzzülün sayəsində əməliyyata əl atanların sayı çoxalıb. Məsələn, rus erməni ilə ailə həyatı qurur və onların çox gözəl qızları doğulur, lakin qızın burnu atasının burnuna oxşayır. Qız gedib əməliyyat elətdirir və buna son qoyur”.

Uşaq sahibi olmağa nifrət edən Lukyanova bildirib ki, o, ailə həyat tərzini seçməkdənsə, ölməyi daha üstün tutur.

Lukyanova ilk dəfə 2012-ci ildə məşhur olub. Onun görkəmi neçə əməliyyat keçirməsi sualını ortaya qoyurdu. Lakin Lukyanova iddia edir ki, yalnız döş implantasiyası əməliyyatından savayı o, bu bədənə idman və pəhriz nəticəsində nail olub.

Lakin 45 santimetrlik beli, iri gözləri, balaca burnu, iri döşləri tamamilə başqa şey deyir. O, hətta gülərkən də ağzını geniş açmır, dişləri xırda və yarımşəffafdır. O, çantanı sanki çıraq tuturmuş kimi saxlayır.

Bu yaxınlarda qəribə iddia irəli sürərək deyib ki, o, insan deyil və “zamanlararası səyahət edə bilir”.

2013-cü ildə Valeriya ictimaiyyəti başqa planetdən, çox güman ki, Venera planetindən olduğuna inandırmağa çalışıb. Fevral ayından isə heç bir qida qəbul etmədiyini və qida qismində Günəşdən enerji aldığını açıqlayıb. Günəşlə qidalanmaqla yaşayacağına əmin olan sonuncu nümayəndə isə aclıq və susuzluqdan vəfat edib. Lukyanovun həyat yoldaşı həm də onun meneceri hesab olunur.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR